İpoteka Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib | Banco.az

İpoteka Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

AİF-ə istinadən xəbər verilir ki, iclasda ipoteka kreditlərinin verilməsinin mövcud vəziyyəti, habelə kredit şərtləri və digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilib. Bundan başqa, iclasda Cəmiyyətin 2017-ci il üçün büdcəsinə dəyişikliklər və ipoteka krediti hesabına alınan yaşayış sahəsinin 1 kv. metri üçün yeni orta bazar qiymətləri təsdiq olunub.

Qeyd edək ki, AİF-in Nizamnaməsinə uyğun olaraq MŞ İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən olmaqla 5 üzvdən ibarətdir. MŞ üzvlərini həmin qurumların təklifi əsasında Nazirlər Kabineti vəzifəyə təyin və vəzifədən azad edir. Onlar 3 il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərir, ardıcıl qaydada MŞ-da sədrlik edirlər. Sədrin səlahiyyət müddəti üç aydır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et