İPhone yeni smartfonlarında LG ekranlardan istifadə edəcək? | Banco.az

İPhone yeni smartfonlarında LG ekranlardan istifadə edəcək?

“Apple”, özünün “iPhone X” və “iPhone XS”  smartfonlarında “Samsung”un ekranlarından istifadə edir. Lakin “Apple” partnyordan lazımi miqdarda ekran almadığı üçün böyük cərimələrlə üzləşə bilər.  

Mənbələrin məlumatına görə, yeni nəsil “iPhone”da “LG” istehsalı olan OLED panellərindən də istifadə edilə bilər. Daha dəqiq desək, guya böyük model, belə ekranlarla təchiz olunacaq, kiçikləri isə “Samsung”un məhsullarından istifadə etməyə davam edəcəklər. Nəzərə almaq lazımdır ki, bu cür məlumatlar keçən il də ortaya çıxmışdı.

Ən sərfəli kredit üçün müraciət et

“LG”yə gəldikdə, şirkət artıq kifayət qədər uzun müddətdir smartfonlar üçün OLED ekranlarını istehsal edir, lakin bu, heç də həmişə uğurlu alınmır. Misal olaraq, “Google Pixel 2 XL”lə vəziyyəti xatırlamaq kifayətdir ki, bu smartfonun bəzilərinin ekranında hər şey normal olduğu halda, digərlərində şəklin keyfiyyəti əhəmiyyətli dərəcədə pis idi.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç