İnvestisiya üçün seçim: Bitcoin yoxsa Ethereum? | Banco.az

İnvestisiya üçün seçim: Bitcoin yoxsa Ethereum?

Bitcoin Ethereum hazırda ən məşhur kriptovalyutalar hesab edilir və onların bazar kapitalizasiyası 109 və 44 milyard dollar təşkil edir. Xüsusiyyətlərinə görə hər iki kriptovalyuta bir-birindən çox fərqlənir və bu səbəbdən bir çox treyderləri bir sual maraqlandırır – mənfəət əldə etmək üçün bu iki kriptovalyutadan hansına investisiya etmək daha yaxşıdır?

New Yorkun hüquq firmaları olan Foley və Lardner-in fikrincə investorlar Ethereum-u nisbətən daha yaxşı investisiya hesab edirlər. Respondentlərin 38%-i Ethereum-u 35%-i isə Bitcoin-ni seçdi.

Foley və Lardner bir qrup investor və biznes rəhbərləri arasında kriptovalyutalar haqqında sorğu keçirib. Sorğuda soruşulan suallar arasında “hansı kriptovalyutanı ən yaxşı investisiya hesab edirsiz?” var idi. Ən məşhur seçim ethereum oldu, hansı ki, blokçeyni mərkəzsizləşdirilmiş tətbiqlər üçün platforma kimi istifadə olunur.

Ethereum-u ən yaxşı investisiya hesab edən investorların sayı bitcoin haqqında eyni düşünən insanların sayından elə də çox deyil. İnvestorların 35%-i bitcoin-ni yenə də ən yaxşı investisiya hesab edir. Respondentlərin 5%-i Ripple-yə, 2%-i isə Dash-a investisiya edəcəklərini söylədi.

 

Elnur Quliyev

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç