“İnvest-AZ İnvestisiya Şirkəti”nin səhmdarlarının pay bölgüsü dəyişib | Banco.az

“İnvest-AZ İnvestisiya Şirkəti”nin səhmdarlarının pay bölgüsü dəyişib

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin əsas səhmdarı Elşən Quliyev payını 60%-dən 74%-ə çatdırıb.

Məlumata görə, əvəzində digər səhmdar Ceyhun Abdullayevin payı 40%-dən 26%-ə düşüb. Səhmdarların pay bölgüsünün dəyişməsi investisiya şirkətinin nizamnamə kapitalının 2 dəfə artırılaraq 800 min manatdan 1 milyon 600 min manata çatdırılmasından sonra baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et