İnternetdən ən çox nə üçün və harda istifadə edirik? | Banco.az

İnternetdən ən çox nə üçün və harda istifadə edirik?

XX əsrin ikinci yarısında kəşf olunsa da, internet bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Dünyada 7.7 milyard əhalinin yaşadığını nəzərə alsaq, hal-hazırda onun 58.8%-i internetdən istifadə edir. Dünyada ən çox istifadə edənlər Şimali Amerika və Avropada yaşayanlardır ki , Şimali Amerika əhalisinin 89.4%-i, Avropanın isə 87.7%-i internetdən istifadə edir. Ən az istifadə edənlər isə Afrika qitəsində yaşayanlardır ki, burda əhalinin yalnız 39.6%-i internetdən istifadə edir. İnternetdən ən çox istifadə edən ölkələr Çin və Hindistandır. Azərbaycana qonşu ölkələr olan Rusiya, Türkiyə və İran da internet istifadəçilərinin sayına görə ilk 20 ölkə sırasındadır.

Ölkələr Əhali sayı

İnternet

istifadəçilərinin

sayı

İnternet istifadəçilərinin
əhali sayına nisbəti
1

Çin

1 420 062 022 829 000 000 58%
2

Hindistan

1 368 737 513 560 000 000 41%
3

ABŞ

329 093 110 292 892 868 89%
4

Braziliya

212 392 717 149 057 635 70%
5

İndoneziya

269 536 482 143 260 000 53%
6

Yaponiya

126 854 745 118 626 672 94%
7

Nigeriya

200 962 417 119 506 430 59%
8

Rusiya

143 895 551 109 552 842 76%
9

Banqladeş

168 065 920 94 445 000 56%
10

Meksika

132 328 035 88 000 000 67%
11

Almaniya

82 438 639 79 127 551 96%
12

Türkiyə

82 961 805 69 107 183 83%
13

Filippin

108 106 310 67 000 000 62%
14

Vyetnam

97 429 061 64 000 000 66%
15

Birləşmiş Krallıq

66 959 016 63 356 621 95%
16

İran

82 503 583 62 702 731 76%
17

Fransa

65 480 710 60 421 689 92%
18

Tayland

69 306 160 57 000 000 82%
19

İtaliya

59 216 525 54 798 299 93%
20

Misir

101 168 745 49 231 493 49%

Ən sərfəli kredit üçün müraciət et

 

Azərbaycanda isə əhalinin təxminən 80%-i internet istifadəçisidir. Bu faizə daxil olanların 40.4%-i 24 yaşadək olanlardır. Bundan sonra ən çox internet istifadə edənlər 35-64 yaş aralığına daxil olanlardır. 25-34 yaşı olanlar isə ümumilikdə internet istifadəçilərinin 26.3%-ni təşkil edir. 64 yaşda yuxarı internet istifadəçiləri isə sadəcə 0.1% təşkil edir.

İstifadə məkanına görə isə internet istifadəçilərinin 69%-i evdə, 18%-i isə iş yerlərində istifadə edirlər.

İstifadə məqsədi gəldikdə isə ən çox internetdən istifadə edənlər informasiya axtarmaq məqsədi ilə istifadə edirlər. 29.5% istifadəçi isə bu resursdan əlaqə yaratmaq məqsədi ilə istifadə edir. Elektron hökumətin qurulması ilə 14.8% istifadəçi internet vasitəsilə hakimiyyət orqanlarından informasiya əldə edir, sənədləri yükləyir və göndərir. Bu şəxslər arasında 6.9%-i isə təhsil məqsədi ilə internetdən istifadə edir.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et