Instagram istifadəçilərinə bəd xəbər - REKLAMLAR | Banco.az

Instagram istifadəçilərinə bəd xəbər - REKLAMLAR

“Instagram” istifadəçilərin keçmişdə baxdıqları paylaşımlara əsasən onların maraq dairəsini müəyyən edir və ona uyğun reklam göstərir. “Facebook” yaxın həftələrdə “Instagram”ın “Kəşf Et” bölümünə də reklam gələcəyini açıqlayıb.

Foto və videolardan ibarət olacaq reklamlar, səhifənin ön izlənməsində deyil, istifadəçi səhifədəki paylaşımlardan birinə klik etdikdən sonra görünməyə başlayacaq. İlk reklam bu gün “Instagram TV” içində yayımlanacaq.

“Instagram”ın məlumatına görə, dünya miqyasında istifadəçilərin 50%-dən çoxu “Kəşf Et” səhifəsinə ziyarət edir.

Ən sərfəli kredit üçün müraciət et

“Instagram” hazırda “stories” və xəbər lentində reklamlara icazə verir. Şəbəkə yeni həmləsi ilə daha çox reklam gəliri əldə etməyi və daha böyük kütləyə çatmağı hədəfləyir.

Bundan başqa, qeyd edək ki, platformanın reklamsız son yerlərindən biri olan “Kəşf Et” bölməsində də reklamın görünməsi bir çox istifadəçi tərəfindən xoş qarşılanmayıb.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et