İnnovasiyanın yeni növü "dağıdıcı innovasiya" nədir? | Banco.az

İnnovasiyanın yeni növü "dağıdıcı innovasiya" nədir?

İnnovasiyanın bir çox növü var. Əsasən iki kateqoriyada işlənə bilir:

  • Artan innovasiya
  • Radikal innovasiya

Artımsal innovasiya, bütün dünyadakı innovasiyaların çox böyük qismini meydana gətirməkdədir. Bir şeyə yeni bir şey əlavə edir və ya bir xüsusiyyətini çıxardıb, dəyişdirib fərqli şəkildə satmaq kimi başa düşülə bilər.

Radikal innovasiya böyük dəyişmələri başladan, daha əvvəl nümunəsi heç olmayan innovasiyalar olaraq adlandıra bilərik. İnternet və reaktiv mühərrikləri buna nümunə olaraq verə bilərik.

Digər tərəfdən Harvard professorlarından Clayton Cristensen'in ortaya çıxardığı "dağıdıcı innovasiyalar" (Disruptive Innovation) var.

Clayton Cristensen dağıdıcı innovasiyanı böyük firmaların ümumiyyətlə laqeyd qaldığı alt seqmentdən yaranan, sürətlə inkişaf edərək böyüyüb və sonda dominant olanı yıxacaq mövqeyə çatan "innovasiya tətbiqləri" olaraq adlandırır.

Dağıdıcı innovasiyalara bu nümunələr daxildir:

  • İnsansız hava vasitələri ənənəvi təyyarələri məhv edəcək;
  • IKEA-nın ənənəvi satış konsepsiyasını pozub rəqiblərini qabaqlaması;
  • 3D yazıcıların bilinən bütün anlayışları kölgədə buraxması;
  • Artıq dövriyyəsi 2 trilyon dollar olan bulud sistemləri;
  • Virtual reallığın böyüməsi və sektorda böyük təsir yaratması;
  • Alternativ enerjilərin bilinən digər enerji növlərini təsirsizləşdirməsi;
  • Fərqli sektorlarda dronların təsirləri;
  • Walkman'a qarşı İPod;
  • Klassik universitetlərə qarşı açıq təhsil fakültələri və s.

Dağıdıcı innovasiylar daha çox Startap firmalardan ortaya çıxan innovasiyalardır. Startap böyüməsi və bazarlara təsiri mövzusunda ciddi işlər görülür.

Ən sərfəli kredit üçün müraciət et

Yalnız üç il ərzində, Helsinkidəki Slush startap texnologiya konfransına iştirak 300 firmadan 10 min firmaya yüksəldi. Yeni qurulan texnologiya firmalarının çoxu gözlənildiyi kimi yüksək texnologiyayla maraqlanır.

Məsələn;

  • Google Helsinkidən 8 rəqəmli qiymətlərlə üç ölçülü qrafik üzərində işləyən drawElements şirkətini satın aldı.
  • Facebook Finlandiyanın "Pryte" şirkətini satın aldı.
  • Yapon firması SoftBank mobil oyunları inkişaf etdirən Supercell-in Clash of Clans və Hay Day adlı oyunları gündə 8,5 milyon dəfə oynanıldığını və 892 milyon dollara çatan gəlirinə görə şirkətin 51%-lik hissəsinə 1,5 milyard dollar ödəyib.
  • Jolla, Nokia Bridge proqramının ən müvəffəqiyyətli firmalarından biri. Proqram, Nokiadan ayrılan işçilərin öz firmalarını qurmasına kömək etmək üçün müəyyən bir vəsait verir.

Clayton Cristensen yenilikləri üç müxtəlif növə ayıraraq müxtəlif perspektivlər təklif edir:

  • İlk növdə innovasiyalar; Bazar yaratmağa istiqamətli innovasiyalar adı verilir. Daha əvvəl bir məhsul və ya xidmətə pul və zaman əskikliyindən çata bilməyən insanlara bu məhsul və xidmətləri çatıla bilən hala gətirmək.
  • İkinci növdə innovasiyalar; davamlılıq üçün yeniliklər. Bunlar məhsulları daha yaxşı etməyə diqqət yetirirlər.
  • Üçüncü növdə innovasiyalar; məhsuldarlığa istiqamətli olan və daha az ilə daha çox etməyə imkan verən innovasiyalardır.

Steve Jobsun dediyi kimi "İnnovasiya nə qədər büdcəyə sahib olduğunuz ilə əlaqəli deyil. Apple Mac-ı istehsal edərkən, IBM Ar-Ge-yə Apple-dan ən az 100 qat daha çox pul xərcləmişdi. İnnovasiya pulla deyil; sahib olduğunuz insanların münasibət və davranışları, şirkəti necə idarə etdiyiniz və bu fəlsəfəni nə qədər mənimsədiyinizlə əlaqədar bir işdir".

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et