İnflyasiya göstəricisi açıqlandı | Banco.az

İnflyasiya göstəricisi açıqlandı

İnflyasiya və deflyasiya məhsul və xidmətlərin ümumi qiymət səviyyəsindəki dəyişimini əks etdirir. İnflyasiya məhsul və xidmətlərin ümumi qiymətlərində artımı göstərən iqtisadi göstərici olduğu halda, qiymət səviyyəsinin azalmasını əks etdirən göstərici isə deflyasiyadır.

Bildiyimiz kimi, ölkə iqtidsadiyyatında ümumi qiymət səviyyəsinin dəyişimi, bu dəyişimin inflyasiya və ya deflyasiyaya səbəb olduğunu göstərmək üçün istifadə olunan ən ideal indeks İstehlak Qiymətləri İndeksidir (Consumer Price İndex).

Banco.az olaraq ölkəmizdə noyabr ayına olan inflyasiya səviyyəsini araşdırdıq.

2017-ci il 10 yanvar məlumatlarında Mərkəzi Bank 2016-cı ilin noyabr ayına olan İstehlak Qiymətləri İndeksini açıqlayıb. Azərbaycanda 2016-cı ilin noyabr ayında 2016-cı ilin oktyabr ayına nisbətən İQİ (İstehlak Qiymətləri İndeksi)  1,7 %-dir. Bu isə onu göstərir ki, noyabr ayında oktyabr ayına nisbətən məhsul və xidmətlərin ümumi qiymətlərində artım baş vermişdir, yəni inflyasiya müşahidə olunur.

Ən sərfəli kredit üçün müraciət et

2016-ci ilin noyabr ayının 2015-ci ilin noyabr ayına nisbətən İQİ 12.1% təşkil edir ki, bu da inflyasiya səviyyəsinin noyabr ayı üçün 12.1% olduğunu gostərir. Nəzərə alsaq ki, inflyasiya səviyyəsi 2016-cı ilin oktyabr ayında 11.6% idi, göstəricidəki artım göz qabağındadır, bu da 0.5% təşkil edir.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında inflyasiya 3.7% həddində idi. inflyasiya səviyyəsi bu ilin iyul ayında 10.6%, avqustda isə 10.8% təşkil edirdi.

İnflyasiyanın artımı məhsul və xidmətlərin ümumi qiymət səviyyəsindəki artımı göstərir. Bütün bunlar isə ölkədə həyat səviyyəsinin aşağı enməsinə birbaşa təsir edir.

Ən sərfəli krediti almaq üçün müraciət et