İndoneziya plastik torbalara görə vergi tətbiq edəcək | Banco.az

İndoneziya plastik torbalara görə vergi tətbiq edəcək

Hökumətin mövqeyinə görə, belə bir addımın atılması ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizəyə müsbət təsir edəcək. Maliyyə Nazirliyinin Baş gömrük və aksiz idarəsinin sədri Eru Pombudi deyib: "Hökumət bu vergini müəyyənləşdirərkən müxtəlif amilləri, o cümlədən istehsalçıların maraqlarını, əhalinin istehlak imkanlarını, ətraf mühitin qorunması problemlərini nəzərə alıb. Nəticədə qərara alınıb ki, hər bir paket üçün orta hesabla 0,14 ABŞ dolları qiymət qoyulsun". Baş idarə rəisinin sözlərinə görə, vergi dərəcəsi plastik torbanın keyfiyyətindən asılı olaraq dəyişəcək. Təkrar emal olunmuş torbalar daha ucuz olacaq. Mütəxəssislər isə bu fikirdədirlər ki, bu addım İndoneziyada qiymətlərin orta hesabla 0,04 faiz bahalaşmasına yol açacaq.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç