İndiyə qədər xarici bazarlara 554 mln. ton Azərbaycan nefti çıxarılıb | Banco.az

İndiyə qədər xarici bazarlara 554 mln. ton Azərbaycan nefti çıxarılıb

İndiyə qədər xarici bazarlara 554 mln. ton Azərbaycan nefti çıxarılıb.

Bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən "dəyirmi masa" zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birinci Vitse-Prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, xaricə göndərilən Azərbaycan neftinin təxminən 400 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql edilib.

X. Yusifzadə bildirib ki, Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu günə qədər ümumikdə 2 mlrd. kubmetr qaz nəql edib.

SOCAR-ın Birinci Vitse-Prezidenti qeyd edib ki, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi davam etdirilir: “TAP layihəsi də artıq başa çatır. Gələn il də bu kəmər istifadəyə veriləcək".

Ən sərfəli kredit üçün müraciət et

X. Yusifzadə vurğulayıb ki, Azərbaycanın çoxlu təbii qaz ehtiyatları var: “Yeni yataqların kəşf edilməsi ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Ancaq proqnozlara görə bu rəqəm 6 trilyon kubmetrdir”

X. Yusifzadə qeyd edib ki, Azərbaycanın böyük neft ehtiyatları da mövcuddur: “Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılması ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın milyard ton təsdiq edilmiş neft ehtiyatları var. Bu da onu göstərir ki, bizim hələ neftimiz də çoxdur”.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç