İlon Mask ayda 180 min dollar ipoteka ödəyir | Banco.az

İlon Mask ayda 180 min dollar ipoteka ödəyir

Bloomberg agentliyi İlon Mask-ın 61 milyon dollar həcmində ipoteka krediti götürməsi barəsində məlumat paylaşıb.

İpoteka kreditinin aylıq ödənişi 180 min dollar təşkil edir.

Mask, 2018-ci ildə 30 il müddətində Morgan Stanley adlı bankla müqavilə bağlayıb. Borclar 5 daşınmaz obyektə aid edilir. Dörd ev Los Ancelesdəyerləşən Bel-eyr hissəsində, biri isə Xilsboro, San-Fransisko körfəzi yaxınlığında yerləşir.

Həmçinin oxu: Vəzifəsindən uzaqlaşdırılan İlon Maskın yaşadığı məyusluqlar

Bloomberg agentliyinin məlumatına əsasən, Maskın ümumi sərvəti 23,4 milyard dollar təşkil edir. O, dünyanın ən varlıları siyahısında 33-cü pillədə qərarlaşıb. Qeyd edək ki, Mask kredit götürən yegan milyarder deyil. Bu siyahıda; Mark Zuckerberg, Beyonce, Cey-Zi və Citadel heyc fondunun təsisçisi Ken Qriffinin adlarına da rast gəlmək mümkündür. 

Ən sərfəli kredit üçün müraciət et

Mask, Tesla şirkətinin rəhbəri olmasına baxmayaraq, çalışdığına görə maaş almır. Lakin mənbələr, onun, özünə aid səhmlərdən bir neçə dəfə borc əldə etmək məqsədi ilə istifadə etdiyi faktını təsdiqləyir. Bloomberg agentliyi milyarderlərin belə kreditdən istifadəsinin səbəbini açıqlayıb; Onlar çox sayda səhmlərə sahib olduğu halda, nağd pulları olmaya bilər. Bu səbəbdən az faizli ipoteka kredit məhsullarından yaralanaraq, əlverişli üsulla kapitallarını itirməkdən xilas olurlar. 

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Илон Макс ежемесячно платит за ипотеку $180 тысяч

Günel Gözəlova, Banco.az

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et