İlk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu üstələyib | Banco.az

İlk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu üstələyib

Oktyabrın 1-dən minimum pensiya da pensiyaçılar üçün yaşayış minimumundan 34,2 faiz çox olacaq

Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə minimum əməkhaqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının yaşayış minimumunu üstələməsinə imkan verib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV nümayəndələrinə müsahibəsində deyib.

O, hazırkı yaşayış minimumunun 180 manat olduğunu, artıq bu il sentyabrın 1-dən minimum əməkhaqqının həmin yaşayış minimumunu 40 faizə yaxın üstələyəcəyini deyib. Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.

Ən sərfəli kredit üçün müraciət et

S.Babayev qeyd edib ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Minimum əməkhaqqının artımı 950 min insanı, dövlət sektoru üzrə müxtəlif sahələrdə əməkhaqlarının artımı isə 400 min insanı əhatə edir.

Nazir bu ay reallaşan sosial paketin ümumilikdə 1 milyon 350 min insanın əməkhaqlarının, 750 mindən çox pensiyaçının pensiyaçının, nəticə etibarilə 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verdiyini deyib. S.Babayev bu artım üzrə dövlətin əlavə maliyyə yükünün isə 2 milyard manat təşkil etdiyini bildirib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç