İlin ilk rübündə Azərbaycan süd idxalını 7% artırıb | Banco.az

İlin ilk rübündə Azərbaycan süd idxalını 7% artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2 810,54 min ABŞ dolları dəyərində 2 121,07 ton süd idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, həcm baxımından 2018-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 182,28 ton (6,93%) çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 302,58 min dollar (16,64%) çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin yanvar-mart ayları ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0,09%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın üç aylıq ticarət dövriyyəsinin 4 484,55 mln. dolları ixracın, 3 135,58 mln. dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et