İki bankın məlumatları oğurlandı: 1 milyon dollarlıq Ripple istəyirlər | Banco.az

İki bankın məlumatları oğurlandı: 1 milyon dollarlıq Ripple istəyirlər

Kanadada iki bankdan on minlərlə müştərinin məlumatlarını oğurlayan hakerlər bankları 1 milyon dollar dəyərində Ripple ödəmədikləri təqdirdə, həmin məlumatları yayacaqları ilə hədələyib.

“CBC News” agentliyi “Bank of Montreal” və “Simplii Financial”-ın məlumatlarının ötən həftə ələ keçirildiyini yazıb. Həmin məlumatların arasında 90 mindən artıq müştəriyə aid şəxsi və maliyyə sənədləri var. Oğurlanmış məlumatlar adlar, parollar, hesab nömrələri, təhlükəsizlik məsələləri, hesab mühafizəsi və sosial təhlükəsizlik nömrələri kimi mühüm məlumatlardır.

Hakerlər tərəfindən yazılan e-poçtda 1 milyon dollar dəyərində XRP tokeni tətləb etdikləri bildirilib. Əks təqdirdə, məlumatların yayılacağı qeyd olunub. Ancaq hələ də onlar sözügedən məlumatları paylaşmayıblar.

Ən sərfəli kredit üçün müraciət et

“Bank of Montreal”-dan bu açıqlama verilib:

“Fəaliyyətimiz hakerlərə ödəniş etməklə bağlı deyil. Müştərilərimizi və onların məlumatlarını qorumaq istəyirik”.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et