İİTKM-in departament rəhbəri Bişkekdə Azərbaycanı təmsil edir | Banco.az

İİTKM-in departament rəhbəri Bişkekdə Azərbaycanı təmsil edir

Qırğızıstanın Bişkek şəhərində Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq İnstitutunun təşkilatçılığı ilə 3-cü Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Beyin Mərkəzlərinin Forumu keçirilir. Forumda Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Çaparlı təmsil edir. Forum “İpək Yolu boyu bilik dəhlizlərinin yaradılması” mövzusu çərçivəsində təşkil olunub.

Forumda əsasən regional ticarət, turizm, əmək mübadiləsi kimi sahələr üzrə əməkdaşlıq, bilik dəhlizlərinin qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılır.

“İpək Yolu boyunca Bilik Dəhlizinin Yaradılması” adlı forumda Böyük Britaniya, Yaponiya, Çin, Türkiyə, Gürcüstan kimi ondan artıq ölkənin nümayəndələri  iştirak edir.

Ən sərfəli kredit üçün müraciət et

İİTKM-in İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Ayaz Çaparlı iki günlük müzakirə zamanı Azərbaycan aparılan iqtisadi islahatlar, beyin mərkəzləri ilə beynəlxalq müstəvidə əməkdaşlıq və digər məsələlər barədə Forum iştirakçılarına məlumat verəcək.

Qeyd edək ki, regionun üzləşdiyi əsas siyasət məsələlərini müzakirə etmək məqsədilə universitetlər, elmi-tədqiqat mərkəzləri, hökumət və biznes sektoruna dialoq imkanları yaratmaq üçün sub-regional elmi- tədqiqat inkişaf forumu ənənəvi olaraq təşkil olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et