IFC Azərbaycanda yeni məşvərətçi layihəyə start verib | Banco.az

IFC Azərbaycanda yeni məşvərətçi layihəyə start verib

Dünya Bankı Qrupu fərdi şəxslər və kiçik sahibkarlar üçün maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaqla, maliyyə sistemində maliyyə inklüzivliyinin təkmilləşdirilməsi üçün Azərbaycanda yeni məşvərətçi layihəyə start verib. Bu məqsədlə Bakıda hökumət və biznes strukturları rəsmilərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış esən Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib ki, bu layihə Azərbaycanda elektron ödənişlərin həcminin artmasına kömək edəcək: "Bu ilin əvvəlindən "Mastercard"la yeni layihəyə start vermişik. Elektron ödənişlər hazırda aktual məsələdir. Rəqəmsal iqtisadiyyat dünya iqtisadiyyatında əsas trendlərdən biridir. Düşünürük ki, hər iki layihə əhəmiyyətlidir. Mərkəzi Bank olaraq bu layihənin reallaşması üçün lazımi dəstəyi göstərməyə hazırıq".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Məliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçiriləcək və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdiriləcək.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et