İdman markası "Nike"ın maraqlı yaranma tarixi | Banco.az

İdman markası "Nike"ın maraqlı yaranma tarixi

Hər uğurlu işin arxasında mütləq uğursuz hekayələr var. Uğursuzluğu gözə alan insanlar isə sonda öz hədiyyələrini mütləq almaqdadırlar. Məhşur bir deyimdə vurğulandığı kimi uğursuzluq yıxılmaqla deyil, ayağa qalxmamaqdadır. Bu yazıda banco.az sizlərə dünyada tanınan idman markalarından biri olan Nike haqda məlumat verəcək.

Nike yaradıcısı Fil Nayt bir çoxları kimi öz uğurlu biznes həyatına heç də asan nail olmayıb. Stanford universitetində oxuduğu illərdə Nayt qaçış sahəsində idmançıları müşahidə edərkən Bill Bovermanın qaçışını izləyir və ayaqqabının performansa nə qədər təsir etməsi haqda düşünür. Hətta qısa zaman sonra idman ayaqqabısı mövzuda məqalə yazır. Məqalənin mövzusu ayaqqabının niyə Yaponiyadan deyil, Almaniyadan idxal olunması haqda olur, çünki Yaponiya qiymət baxımından daha əlverişli hesab olunurdu. Qısa müddət sonra yazdığı məqalədəki kimi öz işinə start verən Nayt Yaponiyadan Amerikaya idman ayaqqabısı idxal etməyə başlayır.

Həmçinin maraqlıdır : Dünyaca məşhur markaların loqoları haqda BİLMƏDİKLƏRİNİZ

İlk əvvəl o, ayaqqabıları maşınının baqajında satır və qısa zamanda satış həcmini və eyni zamanda idxalı artırır. Lakin bu ideya onun gözlədiyi qədər yaxşı nəticə vermir və Yaponiyadakı ticarətçilərlə də müəyyən səbəblərdən problemlər yaşayır. Həmin dövrdə Nayt riskə gedərək Blue Ribbon Sports adı ilə yaratdığı kiçik şirkəti yenisi ilə əvəz etmək qərarına gəlir və Nike şirkətini qurur. İlk əvvəl şirkətin adını “Dimension Six” qoymaq istəsə də Cef Conson “ Nike”ın daha yaxşı seçim olacağını bildirir. Hətta Nike-ın indi tanınan loqosunu 35 dollara universitet tələbəsinə hazırlatdırdılar.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, 1980-cı ildə Nike insanlara təqdim olunur və həmin gündən ən sevilən marka statusu daşımaqdadır. Hal-hazırda dünyanın 24 ən zəngin insanı arasında yer alan Naytın sərvəti 25 milyard dollar olaraq dəyərləndirilir.

Həmçinin maraqlıdır : Qardaş davası milyonlar gətirdi – Adidas və Puma​

Bundan əlavə şirkət bir çox tanınmış idmançıya sponsorluq etməkdədir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et