İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi illik hesabatını açıqlayıb | Banco.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi illik hesabatını açıqlayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik)2018-ci il üzrə fəaliyyətinə dair hesabatını açıqlayıb.

İllik hesabatda Agentliyin tabeliyinə verilən tibb təchizatçılarında həyata keçirilən yeniliklər, pilot layihənin göstəriciləri üzrə nəticələr, tibbi statistik göstəricilər,icbari tibbi sığorta (İTS) sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapmışdır.

Məlumat üçün bildirək ki, pilot layihə çərçivəsində İTS-nintətbiqinə Mingəçevir şəhərində və Yevlax rayonunda 01 yanvar 2017-ci il, Ağdaş rayonunda isə 16 fevral 2018-ci il tarixlərindən etibarən başlanılıb. Layihə müddətində əhalidən sığortahaqqıtoplanılmayıb.

Hesabat dövrü ərzində pilot ərazilərdə sığortaolunanlarınsayı 340 min 600 nəfər təşkil etmişdir.

Agentlik pilot layihə müddətində qarşısına qoyduğu hədəflərə çatmaq məqsədilə müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının ümumi əməkhaqqı fondu artırılmış, maddi-texniki bazası,dərman preparatları və tibbi sərfiyyat vasitələri üzrə təchizatı yaxşılaşdırılmışdır. Pilot layihənin göstəriciləri onu deməyə əsas verir ki, səhiyyə sahəsində nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olunmuş, Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışan tibb işçilərinin iş şəraitləri (70%) və əməkhaqları (63%) ilə bağlı məmnunluqları yüksəlmişdir.

Pilot ərazilərdə yaşayan sığortaolunanlar və məcburi köçkünlər baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılmışdır.Nəticədə göstərilən xidmətlərdən məmnunluq və tibbi xidmətlərə əlçatanlıq səviyyəsi əhali arasında müvafiq olaraq 87% və 77% (Mingəçevir şəhər və Yevlax rayonu üzrə göstəricilərümumiləşdirilmişdir), Ağdaş rayonu üzrə isə müvafiq olaraq 90% və 62% təşkil etmişdir. 

Pilot ərazilərdə fəaliyyət göstərən tibb təchizatçılarının fəaliyyətinin optimallaşdırılması məqsədilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, 2016-cı il ilə müqayisədə çarpayıda keçirilən günlərin orta sayı 11,7-dən 4,6-ya qədər azalmışdır. Bundan əlavə, 2018-ci ildə Ağdaş rayonundakı tibb təchizatçılarının çarpayı fondu optimallaşdırılmış və çarpayıların sayı 370-dən 170-ə enmişdir.

2018-ci ildə pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,1 milyon, evə yazılan xəstələrin sayı 21 min 454nəfər, cərrahi əməliyyatların sayı isə 9 min 346 təşkil etmişdir. 2017-ci il ilə müqayisədə ötən il həkimə gəlişlərin sayında 27% artım müşahidə olunmuşdur. Evə yazılan xəstələrin 60%-i, cərrahi əməliyyatların isə 74%-i Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının payına düşmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə 2018-ci il üzrə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 32 660,39 min manat vəsait sərf edilmişdir ki, bu vəsaitin 26 921,34 min manatı Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının (ilkin səhiyyə xidməti daxil olmaqla), 2 307,89 min manatı pilot ərazilərdə göstərilməsi  mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər üçün Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb təchizatçılarının, 3 431,16 min manatı isə əvəzləşdirilə bilinməyən və dövlət büdcəsinə geri qaytarılmış əlavə dəyər vergisinin payına düşür.

Hesabat dövründə pilot ərazilərdə göstərilən tibbi xidmətlərlə bağlıbir sıra yeniliklər baş vermişdir:

1. Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmət istifadəyə verilmişdir. Bu xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini onlayn öyrənmək imkanı yaradır.

2. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında endoskopik üsulla transuretralrezeksiya (TUR) və böyük sümüklərin endoprotezləşdirilməsi əməliyyatları həyata keçirilir.

Ağdaş rayon Mərkəzi Xəstəxanası kompüterlər və proqram təminatları ilə təchiz edilmiş, müəssisənindaxili fəaliyyətininəhəmiyyətli dərəcədəelektronlaşmasına nail olunmuşdur. Bundan başqa, maliyyə vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması üçün ilkin səhiyyə xidməti yenidən təşkil olunaraq maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilmiş, habelə ikinci səviyyəli səhiyyə xidmətlərinə göndərişi olmayan sığortaolunanlara azadolma məbləği tətbiq edilmişdir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən ölkə üzrə İTS-nin tətbiqi 2020-ci ildən etibarən nəzərdə tutulur.

Hesabatla Agentliyin rəsmi internet saytından (its.gov.az) tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç