İcbari Sığorta Bürosu və Fransanın “Sidexa” şirkəti ilə müqavilə imzalayıb | Banco.az

İcbari Sığorta Bürosu və Fransanın “Sidexa” şirkəti ilə müqavilə imzalayıb

İcbari Sığorta Bürosu (İSB) və Fransanın “Sidexa” şirkəti (“Audatex” şirkətini Fransada təmsil edir) birgə fəaliyyət haqqında müqavilə imzalayıblar. Bu barədə Büronun məlumatında bildirilir.

İmzalanmış sənədə əsasən, 2015-ci ilin yanvarında "Solera Azerbaycan" birgə şirkəti yaradılacaq və bu şirkət gələn ilin iyul ayının 1-dən fəaliyyətə başlayacaq.

Hazırda “Audatex” şirkətinin təklif etdiyi proqram təminatlarının və məlumatlar bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi ilə əlaqədar şirkət tərəfindən lazımi işlər həyata keçirilməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

“Audatex” proqram təminatlarının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin dəyərinin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək.

“Audatex” şirkəti avtonəqliyyat vasitələrinin təmiri məqsədi ilə lazım olan vəsaitin qiymətləndirilməsi üçün proqram təminatının işlənib hazırlanması sahəsində liderdir.

İSB “İcbari sığortalar haqqında” qanunun tətbiq edilməsi çərçivəsində yaradılıb.

bizesinfo.az

Ən sərfəli krediti almaq üçün müraciət et