“Huawei” Çinin ən böyük 500 özəl şirkətləri siyahısına liderlik edir | Banco.az

“Huawei” Çinin ən böyük 500 özəl şirkətləri siyahısına liderlik edir

Dövriyyəsi 102 milyard ABŞ dolları olan Çinin texnologiya nəhəngi “Huawei” ölkənin ən böyük 500 özəl şirkəti siyahısına liderlik edir.

Çinin Sənaye və Kommersiya Federasiyası ölkənin özəl şirkətlərinin siyahısını onların ötən il üzrə dövriyyəsi əsasında hazırlayıb. “Huawei” 4-cü dəfədir ki, bu siyahıya başçılıq edir.

Siyahıda “HNA Group”, “Suning”, “Amer International”, “Evergrande”, “JD.com”, “Country Garden”, “Hengli Group”, “Legend Holdings” və “Gome Holdings” kimi iri şirkətlər də var. Federasiyanın vitse-prezidenti Huan Ron bildirib ki, siyahıya 18,59 milyard yuandan (təxminən 2,5 milyard dollar) yuxarı dövriyyəsi olan şirkətlər yer alıb. Siyahıdakı 500 şirkətin ümumi dövriyyəsi isə 4 trilyon dolları ötüb ki, bu da əvvəlki illə müqayisədə 16,44 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Çinin 12 özəl şirkəti dünyanın ən iri 500 şirkəti siyahısındadır.

azərtac.az

Ən sərfəli krediti almaq üçün müraciət et