Huawei, Apple brendini geridə qoymağı bacarıb | Banco.az

Huawei, Apple brendini geridə qoymağı bacarıb

The Verge dərgisi, IDC analitik şirkətinin analitik məlumatlarına əsaslanaraq Huawei brendinin Apple markasını geridə qoyaraq ən çox smartfon istehsalçısı kimi ikinciliyini geri qaytarıb. Qeyd edək ki, bu siyahıda birincilik samsung şirkətinə məxsusdur.

Huawei bu üçlükdə yeganə şirkətdir ki, onun satışlarıın sayı artmaqda davam edir.

Ekspertlər şirkətin satışlarının iki dəfə artaraq 39,3 milyondan 59,1 milyona çatdığını qeyd edib. Bu göstəricilər 2018 ci ilin birinci rübündən, 2019-cu ilin ikinci rübünü əhatə edir. Analiz zamanı rəqəmlərin ötən ilki göstəricilərdən tam 50,3% olduğunu görmək olar.

Bu ərəfədə isə analitiklər Apple brendinin satışlarının azaldığını. Smartfonların satışı isə 52,2 milyondan 36-43 milyona qədər enib. Bu isə keçən ilki göstəricidən tam 30,2 % azdır. IDC analitik şirkəti bu səmtdə araşdırmanı tam dəqiqlə aparmır. Çünki ötən ilin sonundan başlayaraq Apple şirkəti iPhone satışı ilə bağlı sənədlər təqdim etmir.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər bir il sonra Samsung brendinin də, cüzi də olsa satışlarda gerilədiyini bildirib. 2018-ci ilin birinci rübü ərzində şirkət 78,2 milyon smartfon, bir il sonra 8,1% az 71,9 milyon satış edib.

Top-5-də Xiaomi,Vivo Oppo markaları da yer alıb.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et