Huawei ABŞ Ticarət Nazirliyinin qərarını gözləyir | Banco.az

Huawei ABŞ Ticarət Nazirliyinin qərarını gözləyir

Çinin telekommunikasiya nəhəngi Huawei, yeni ağıllı telefonlarında Android əməliyyat sistemini istifadə edib etməyəcəyi barədə ABŞ Ticarət Nazirliyinin verəcəyi qərarı gözləyir.

Huawei-in sədr müavini Tim Danks etdiyi açıqlamada, "Prezident Trampın Huawei-yə dair ötən həftə sonu verdiyi açıqlamaları bilirik və ABŞ Ticarət Nazirliyinin bu məsələdə ortaya qoyacağı qərarı gözləyirik" deyib.

Trampın G20 sammitində Çin Prezidenti Si ilə görüşündən sonra Huawei məsələsində mövqeyini yumşaltması və ABŞ şirkətlərinin Huawei-yə ehtiyat hissələri satmasına imkan verəcəyini bildirməsindən sonra ABŞ Ticarət Nazirliyi hələ ki, açıqlama verməyib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Ticarət Nazirliyinin, Trampın qərarının Huawei-nin Android əməliyyat sisteminə çıxışına imkan verib vermədiyini dəqiqləşdirəcəyi gözlənilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et