Honkonq milyarderləri ən çox əmlakdan qazanırlar | Banco.az

Honkonq milyarderləri ən çox əmlakdan qazanırlar

Mənzillərin sahəsinin kiçilməsi və qiymətlərinin yüksəlməsi Honkonqda mənzil sərmayəçiləri üçün yaxşı hal sayılmasa da əmlakçılara görə vəziyyət tamamilə fərlidir.

Bloombergə görə, 12 əmlak zənginini himayəsi altına aldığı sektor 7 milyon insanın yaşadığı şəhərdə dünyadakı bənzərlərindən daha çox qazanır. Honkonqda əmlakmilyarderlərinin ümumi illik gəliri 119 milyard olduğu halda bu ABŞ-da cəmi 79 milyard dollardır.

Honkonqda əmlak qiymətləri bir neçə il içində böyük bir artım göstərib. Noyabr ayında isə bu qiymət daha çox yüksəliş göstərdi və yeni rekord qırdı. Ev almaq istəyənlərin ən son seçim edəcəyi yerlər siyahısına girən Honkonqda həyat standartları da bahalaşır.

Ən sərfəli kredit üçün müraciət et

Mənzil qiymətləri sürətlə qalxır

Sentyabr 2015-ci ildən bu yana yüksəlməyə davam edən ev qiymətləri 2016-ci ilin noyabr ayına qədər fasiləsiz yüksəlişini davam etdirərək yeni bir rekorda imza atmışdı. Asiyanın maliyyə mərkəzi mövqeyində iştirak edən şəhər bu xüsusiyyətiylə dünyada yaşamaq üçün ən çətin şəhərlərin arasındadır . Midland Realtynin apardığı araşdırmaya görə Honkonqda mənzillərin orta hesabla 1 kvadrat metri 1,380 dollara bərabərdir.

Mənbə: BizPlus.az

Ən sərfəli krediti almaq üçün müraciət et