Hollandiyada uşaqları axtarmaq üçün bankomatlardan istifadə etməyə başlayıblar | Banco.az

Hollandiyada uşaqları axtarmaq üçün bankomatlardan istifadə etməyə başlayıblar

Bu bankomatlardan hələlik hava limanlarında və ticarət mərkəzlərində istifadə edilir

Hollandiya, dünyada bankomatlara Amber Alert milli sistemini daxil edən ilk ölkə oldu.

Amber Alert sistemi (bəzən AMBER kimi yazılır ki, bu, America's Missing-in qısaldılmış formasıdır: Broadcast Emergency Response) itkin uşaqların axtarışı üçün nəzərdə tutulub. Müxtəlif ölkələrdə Amber Alert mesajlarının yayılması üçün radiostansiyalar, televiziya, internet və mobil rabitə xidmətlərindən istifadə olunur. 

Mesajlar, həmçinin, elektron tablolarda və reklam ekranlarında göstərilir. Ötən həftədən başlayaraq, Hollandiyada 300-dən çox bankomatda itkin düşmüş uşaqların şəkilləri ekran qoruyucularında nümayiş olunmağa başlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu, hava limanlarında, böyük ticarət mərkəzlərində və məşhur turizm yerlərin yaxınlığında quraşdırılan “In2Retail” operatorunun bankomatlarıdır. Gələcəkdə əhatə dairəsinin daha da genişləndirilməsi, o cümlədən digər operatorların bankomatlarının da layihəyə daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, bankomatlarda itkin düşmüş və ya oğurlanmış uşaqların fotoları ilə yanaşı, vətəndaşların birbaşa smartfonlarına bildiriş alması üçün Amber Alert sistemində qeydiyyatdan keçməsi çağırışları da göstəriləcək.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et