Hökumət bankın 18 min nəfəri işdən çıxarmasına göz yumacaq | Banco.az

Hökumət bankın 18 min nəfəri işdən çıxarmasına göz yumacaq

Almaniyanın Baş naziri Angela Merkelin hökumətinin Döyçe Bankın (Deutsche Bank) işçilərinin beşdə birini işdən çıxarması qərarına biganə qalacağı bildirilir.

Döyçe Bank açıqlamasında bankın yenidənqurma planı çərçivəsində qiymətli kağızlar bazarından çıxacağı və 2022-ci il üçün işçi sayını 74 min olaraq hədəflədiyi qeyd edilmişdi.

Adının açıqlanmsını istəməyən mövzu haqqında məlumata malik olan bir mənbə tərəfindən "Bloomberg International"a verilən məlumata görə, Döyçe Bankın İcraçı direktoru Christian Sewing-in reviziya planı rəsmi Berlin tərəfindən lazımi addım kimi qəbul edilir.

Ən sərfəli kredit üçün müraciət et

Sewing-in planı daxilində 18 min nəfərin işdən çıxarması bankın gəlirliliyini artırmaq üçün atılması zəruri bir addım hesab edilir.

Mənbələrə görə, bankın investisiya bankçılığı departamentini kiçildilərək Almaniyadakı işlərinə fokuslanmaq planı da hökumət tərəfindən müsbət qarşılanır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et