Həyatınızı dəyişdirə biləcək, hərgününüzün 30 dəqiqəsi | Banco.az

Həyatınızı dəyişdirə biləcək, hərgününüzün 30 dəqiqəsi

Müəllif: Türkan Əliyeva

Uğursuzluqların ən böyük səbəbi – Səbirsizlik. Bu və həmçinin bütün arzuların dərhal gerçəkləşməsi, nəticənin dərhal əldə edilməsi kimi idarə olunmaz bir istək əksər uğursuzluqların başlanğıcında durur.Uğur zaman tələb edir- Reallıq budur. Böyük uğurlar isə daha çox zaman tələb edir.

Nə Riçard Branson bir gecədə milyonçu olmadı, nə də Madonna bir səhər pop musiqisinin kraliçası kimi ayılmadı. Necə ki, Devid Bekham da bir neçə məşqə super futbolçu olmadı. Hər bir uğur davamlı və məqsədyönlü çalışmaların nəticəsidir.

Buna baxmayaraq, hər bir vəziyyətdə hər kəs üçün çalışan bir vasitə,bir  yol var. İnsanların böyük əksəriyyəti onun haqqında bilir, lakin heç bir zaman istifadə etmirlər. Niyə? Nə üçün? Elə bilirsiniz ki, sabah açılacaq və bütün dünya ayaqlarınız altına səriləcək. Elə deyilmi?!  Lakin bu cür düşünənlər bir şeyi unudur, əzmlə bir şeyə nail olmaq üçün çalışmayanlara dünya çox nadir hallarda nıyisə bəxş edir və hamı o bəxtəvər ola bilməz.

Sizi, uğura aparacaq sadə bir vasitəni sınayın. Bu vasitə  “yarım saat nəzəriyyəsi” adlanır. Onun üstünlüyü tamamilə hərkəsə uyğun oması və asanlıqla istənilən qrafikə uyğunlaşa bilməsindədir. Nəzəriyyənin ümumi mahiyyəti ondan ibarətdir ki, hər gün yarım saat ərzində kiçik bir fəaliyyətlə məşğul olun və daha sonra isə onu təkmilləşdirmək məqsədilə prosesi davam edin.

Ən sərfəli kredit üçün müraciət et

Çox sadə görünür, elə deyilmi?  Əslində çətin olacaq hər gün bu qaydaya əməl etmək, amma qarşılığında qazandıqlarınıza heyran qalacaqsınız.

Bu vasitənin praktik tətbiqi bu cür ola bilər. Məsələn, siz hər gün yarım saatınızı kitab oxumağa sərf edirsiniz. Cəfəngiyyatdır, elə deyilmi?! Lakin bu vasitə ilə siz bir il ərzində təqribən 24 kitab oxumuş olursunuz və  bu əksər insanların 10 ilə oxuduğundan daha çoxdur!

Siz gün ərzində yarım saatınızı xarici dil öyrənməyə yaxud digər faydalı biliklər əldə etməyə sərf edə bilərsiniz. Sizə maraqlı olan hər hansısa məsələ ilə bağlı biliklərə yiyələnin, ilkin təcrübə əldə edin. Hər gün yarımca saatınızı həyatınızın arzusunu gerçəkləşdirməyə yönəldin. Vaxt çatışmamazlığından daim sonraya saxladığınız işlə məşğul olun. “Yarım saat nəzəriyyəsi”nə əməl etdikdən bir müddət sonra, məsələn, yarım il sonra, geriyə dönün və xatırlayın, siz nədən başlamışdınız?! Gün ərzində sərf etdiyiniz cəmi 30 dəqiqə sayəsində məqsədlərinizə çatmaq üçün getdiyiniz bu yolda nə qədər irəlilədiyiniz sizi heyran edəcək. Yadda saxlayın ki, siz artıq digər insanlardan bir addım öndəsiniz. Siz artıq onlardan qat-qat artıq birşeylər edirsiniz. Sadəcə Səbrli olun! Anında olan nəticələr gözləməyin! Hərşey zamanla olur, Sizin məqsədləriniz nə qədər möhtəşəmdirsə ona gedən yol da bir o qədər çox addım tələb edəcək!

Mənbəhttp://news.azex.az/

Ən sərfəli krediti almaq üçün müraciət et