Həyat sığortası bazarında ödənişlər 8,6 dəfə artıb | Banco.az

Həyat sığortası bazarında ödənişlər 8,6 dəfə artıb

2015-ci ilin yanvar-may aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 27,6%-i və yaxud 57,3 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 14,8% böyüyüb.

Həyat sığortasındakı yığımların təxminən 55,4%-i və ya 31,8 milyon manatı həyatın yaşam sığortasının, 32,7%-i və ya 18,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,6%-i və ya 6,6 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 0,3%-i və ya 158 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

5 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 25,15 milyon manat təşkil edib. Bu isə ümumi ödənişlərin 33,7%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 8,6 dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Həyat sığortası üzrə ödənişlərin təxminən 91,7%-i və ya 23,07 milyon manatı həyatın yaşam sığortasının, 4,9%-i və ya 1,22 milyon manatı həyatın ölüm halından sığortasının, 3,4%-i və ya 859 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 43,9 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 5,8 manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et