Həyat sığortası bazarı 26% artıb | Banco.az

Həyat sığortası bazarı 26% artıb

2016-cı il ərzində Azərbaycanda sığorta şirkətləri tərəfindən 486 mln. 74 min manat sığorta haqqı toplanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sığorta yığımlarının 146 mln. 538 min manat və ya 30,2%-i, ödənişlərin 94 mln. 979 min manat və ya 40,0%-i həyat sığortasının payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Həyat sığortası üzrə yığımlarda illik 25,81% və ya 30 mln. 60 min manat, ödənişlərdə 42 mln. 745 min manat və ya 81,84% artım qeydə alınıb.

2016-cı ildə yığımların 65,66%-i könüllü, 34,34%-i icbari sığorta növlərinin payına düşüb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et