Həyat, münasibət və xoşbəxtliklə bağlı 30 nəsihət | Banco.az

Həyat, münasibət və xoşbəxtliklə bağlı 30 nəsihət

İnsan fəaliyyətində ağıl və emosiyanın rolu danılmazdır. Gənclərin fəaliyyətində emosional hisslər üstünlük təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, emosiyanı törədən səbəblərdən biri də informasiya qıtlığıdır. İnsan yaşa dolduqca emosional hisslərin rolu azalır, ağlın rolu isə artır. Ahıl adamlarda müdriklik, gənclərdə emosiya üstünlük təşkil edir.

Həmçinin, qeyd edək ki, dilimizdə böyüklər haqqında belə atalar sözləri var: Böyük danışanı kiçik götürər.  Böyüyə hörmət vacibdir. Böyüyün sözündən çıxmazlar. Böyük sözünə baxmayan baxımsız qalar. Böyük tökəni kiçik yığar. 

 

Yaşlı bir qadının nəsihətlərini təqdim edirik.

1. Həyat ədalətli deyil, amma yenə də gözəldir.

2. Həyat o qədər qısadır ki, kiməsə nifrət edərək vaxt itirmə.

3. Heç kim özünü ciddi hesab etməməlidir.

4. Kredit kartlarını hər ay vaxtı-vaxtında ödə.

5. Hər mübahisədə qalib gəlmək məcburiyyətində deyilsən, bəzən qəbul et getsin.

6. Kiminsə çiynində ağlamaq, tək ağlamaqdan daha yaxşıdır.

7. İlk maaşından başlayaraq pensiya dövrü üçün pul toplamağa başla.

8. Ortada şokolad varsa, dirəşmək lazım deyil.

9. Keçmişinlə barış ki, gələcəyini zəhərə döndərməsin.

10. Uşaqlarının səni ağlayarkən görməyində problem yoxdur.

11. Həyatını başqalarının həyatı ilə müqayisə etmə. Hansı şərtlər altında bura gəlib çıxdıqlarını bilmirsən.

12. Əgər münasibətin gizlin qalmasını istəyirsənsə, o münasibətin içində olmamalısan.

13. Xoşbəxt uşaqlıq yaşamaq heç vaxt gec deyil. Yenidən uşaqlığını yaşamaq tamamilə səndən asılı olan şeydi və heç kim qarışa bilməz.

Ən sərfəli kredit üçün müraciət et

14. Həyatda nəyə marağın varsa, arxasınca getməli və bu yolda “yox” sözünü bir cavab olaraq qəbul etməməlisən.

15. Ən gözəl paltarlarını geyin, cehizindəki yemək qablarından istifadə et, onları özəl günlərə saxlama. Özəl gün bu gündür.

16. Hansısa rəngdə paltar geyinmək üçün bir yaş dövrünün gəlməyini gözləmə.

17. Çox pis hadisələr baş verəndə belə düşün: “5 il sonra bu hadisənin heç bir əhəmiyyəti olmayacaq”

18. Hamını və hər ediləni bağışla.

19. Başqalarının sənin haqqında nə düşündüyündən sənə nə?

20. Hər şeyin dərmanı zaman deyilmi? Zamana burax.

21. Vəziyyət nə qədər yaxşı yaxud da pis olursa olsun, dəyişəcək.

22. Xəstə olanda işin sənə baxmayacaq, dostların baxacaq. Əlaqələri kəsmə, dostlarına vaxt ayır.

23. Möcüzələrə inan.

24. Unutma, səni öldürməyən şey, seni daha da güclü edir.

25. Övladının cəmi bir uşaqlıq dövrü var, dəyərini bil, unudulmaz elə.

26. Hər gün mütləq bayıra çıx, möcüzələr hər yerdədir.

27. Həyatı çox sorğu-sual etmə, hərəkətə keç və lazım olanı indi et.

28. Ən yaxşı şeylər hələ reallaşmayan şeylərdir, ümidini itirmə.

29. Nə etmək lazım olduğunu bilməyəndə dərindən nəfəs al, xeyri dəyəcək.

30. Gözəl bağlanmış qutuda olmasa da, həyat yenə də bir hədiyyədir.

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et