Hesablama Palatasının zərəri 3 dəfəyə yaxın artıb | Banco.az

Hesablama Palatasının zərəri 3 dəfəyə yaxın artıb

Hesablama Palatasının cəmi aktivləri bu il yanvarın 1-nə 5,841 milyon manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,5% azdır.

Hesabat dövründə Hesablama Palatasının cəmi öhdəlikləri 5 dəfə artaraq 85 min manata, cəmi kapitalı isə 2,5% azalaraq 5,757 milyon manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə Hesablama Palatasının gəlirləri 3,653 milyon manat (2017-ci ilə nisbətən 7% çox), xərcləri isə 3,806 milyon manat (9,6% çox) təşkil edib. Son nəticədə qurum ötən ili 153 min manat zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 2,6 dəfə çoxdur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç