Hesablama Palatası İqtisad Universiteti ilə bağlı materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib | Banco.az

Hesablama Palatası İqtisad Universiteti ilə bağlı materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib

Hesablama Palatasının növbəti Kollegiya iclasında “Dövlət büdcəsindən Azərbaycan Dövlət  İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri üzrə Hesabat müzakirə olunub.

Hesablama Palatasının Kollegiyası  Azərbaycan  Dövlət  İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanuna müvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et