Hər nəfərə 1729 manat gəlir düşüb | Banco.az

Hər nəfərə 1729 manat gəlir düşüb

2019-cu ilin yanvar-aprel aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 17 milyard 72 milyon manat təşkil etmişdir. 

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, əhalinin hər nəfərinə düşən gəlirlər 1729 manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15 milyard 660,9 milyon manatlıq vəsait qalmışdır.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin gəlirləri 16 milyard 188,6 milyon manat, hər nəfərə düşən gəlir 1653,5 manat təşkil etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et