Hər kəsin qaçdığı ən vacib sualı bilirsiniz? | Banco.az

Hər kəsin qaçdığı ən vacib sualı bilirsiniz?

İnsanlar həyatını özünü yaxşı hiss edərək yaşamaq istəyər. Hərkəs istəyər ki, qayğısız, xoşbəxt, rahat yaşasın, sevsin və sevilsin, gözəl münasibətləri olsun, yaxşı görünsin, rahat pul qazansın, hörmət qoyulan və heyranlıq bəslənən şəxs olsun. Hərkəs istəyər. İstəmək asandı.

Sizdən soruşsam ki, “Həyatdan nə istəyərsiniz?”, yəqinki hərkəs kimi sizdə “İstəyərdim ki, xoşbəxt ailəm və yaxşı gəliri olan işim olsun” deyərsiniz. Bəs sizdən daha da maraqlı və gözləmədiyiniz bi sual soruşsam. Soruşsam ki, “Həyatınızda necə çətinlik istəyirsiniz? Nə üçün mübarizə etmək istəyərsiniz?”. Bu sualların cavabı, həmçinin həyatınızın necə formalaşdığının cavabıdır. Yaşadığımız ömür altında bu suallar yatır.

Hərkəs əla iş sahibi olmaq və maliyə azadlığı istəyir, lakin heç kəs həftədə 60 saat işləyib əziyət çəkmək istəmir, heç kəs uzun və içində qəliz yazılar olan kağızları aydınlatmaq istəmir, heç kəs cəhənnəmə bənzəyən bu yola addım atmaq istəmir. İnsanlar heç bir risk almadan, fədakarlıq etmədən zəngin olmaq istəyir.

Gözəl münasibət, sevgi istəyən insanlar, çətin sözlərə, yeri gəldikdə ən əsəbi anında susmağa, bəzən isə ağrıdacaq hislərə hazır deyil və bu qorxaqlığa öyrəşirlər. Bu alışqanlıq, “Görəsən nə olacaq?” sualını illər ərzində “Görəsən o idi?” sualına dönüşdürür. Və heyif ki, illərin qoyduğu o peşmanlıq izi, son ana qədər keçmir.

Çünki xoşbəxtlik mübarizə tələb edir. Pozitiv təcrübə negativ təcrübənin əks təsiridir. Negatif hadisələrdən dərs çıxartmaq üçün onları yaşamaq məcburiyyətində deyilsiniz.

İnsanlar istəyir ki, öz şəxsi biznesləri olsun və maliyyə azadlığına sahib olsunlar. Amma hər zaman doğru risk alıb uğurlu nəticə almaq mümkün deyil. Məqsədsiz olmaq təkrarlanan uğursuzluğa qapı açar, hər zaman. Doğru yolu tapmaq çox çətindir. Ola bilər ki, dəfələrlə uğursuzluq yaşayarsınız, amma unutmayın ki, mütləq sonunda o yol çıxacaq qarşınıza.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə deyilən məsləhətlərdən biri də “Lazımi qədər istəməlisən” cümləsidir. İnsanlar bəzən olur ki, ya nə istədiklərini bilmirlər, yada nə qədər istədiklərini. Çalışın bu səhvi təkrarlamayın.

Çünki, əgər həyatda nədənsə faydalanmaq istəyirsinizsə, onun dəyəri ilə də maraqlanmalısınız. Məsələn, əgər yaxtaya sahib olmaq istəyirsinizsə, dənizdə keçirəcəyiniz gecələri, ona sahib olmaq üçün aldığınız riskləri, və ya insanların yoldan keçərkən yaxtanızı batırma ehtimalını da istəməlisiniz.

Əgər nəyisə aylarla, illərlə istədiyinizə anidən fikir verirsinizsə, və bu istək nə qədər əziyyətə baxmayaraq həyata keçmirsə, ola bilər ki, istəyiniz bir fantaziya və ya yanlış istək üzərində qurulmuş olsun. Bəlkə də, həqiqətən, nəyisə istəmirsiniz. Bəlkə nəyisə sadəcə istəməkdən həzz alırsınız. Bəlkə də heç istəmirsiniz. Ən pis qərar belə, qərarsızlıqdan yaxşıdır. Çalışın həyatınızı yönləndirə biləcək istəkləri və həzləri görün.

İnsan davranışlarına əsasən, ehtiyaclarımız çox fərqlidir. Müsbət təcrübələri idarə etmək asandır, ən əsas pis təcrübələri necə yaşamağımız və onlardan necə dərs götürməyimizdir. Buna görə də, bəzən gözəl yaşamaq üçün çətin hadisələri yaşamağı gözə almaq lazımdır, bunu yaşamaqdan qorxmaq həyatın kritik nöqtələrinə təsadüf edərsə, onda geri dönüşü olmayan həvəssiz səyahətə yol almış olarsınız.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et