Həm innovativ, həm də gəlirli biznes haqqında - AirBnb | Banco.az

Həm innovativ, həm də gəlirli biznes haqqında - AirBnb

AirBnb ev sahiblərini evlərinin bir hissəsini və ya hamısını icarəyə verməsinə imkan verən, ev sahibləri və kirayəçiləri bir araya gətirən bir platformadır.

Airbnb son iki ildə müsbət EBITDA (bir şirkətin maliyyə fəaliyyətinin göstəricisi) istehsal edir. Şirkət 2018-ci ilin son rübündə 1 milyard dollarlıq bir dövriyyəyə çatdı və 2019-cu ilin ilk rübünün sonuna qədər 500 milyona çatmağı planlaşdırır.

Airbnb-də diqqəti çəkən ilk məqam Uber, Snap, Facebook, Twitter kimi şirkətlərin qurucuları arasında yaşanan ayrılığın olmamasıdır. Şirkəti quran üç nəfər (Chesky, Gebbia və Blecharczyk) hələ də birlikdədir. Üç şəxsdən heç birinin Airbnb-dən əvvəl rəhbərlik təcrübəsi yoxdur. Chesky və Gebbianın təhsilləri dizayn sahəsi üzrədir.

Gebbia San-Fransiskodakı ev yoldaşının ayrılması ilə kirayə pulunu ödəyə bilməyəcəyi üçün evi itirmək təhlükəsi ilə üz-üzə qalır. İlk olaraq Chesky-ni Los-Ancelesdən çağırıb otaqlardan birini verir, kirayə ilə öz aralarında topladıqları pulların fərqini evin üçüncü otağını kirayə verərək qarşılayırlar və beləcə Airbnb fikri ortaya çıxır. Bir çox uğurlu startap kimi dəfələrlə investorlar tərəfindən rədd edilirlər. Lakin Y.Combinatorla yolları kəsişərkən hər şey müsbət yöndə dəyişir.

Airbnb otellərin əksinə hər hansı məhəllədəki evləri yaşayış halına gətirir. Səyahət etdiyiniz ölkədə yerli kimi yaşamaq istəyirsinizsə, bunun üçün ev kirayə edə bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

AirBnb necə işləyir?

  • Ev sahibi kirayə vermək istədiyi yerin fotoşəkilləri paylaşaraq elan yaradır.
  • Kirayəçi təyin etdiyi tarixlərdə uyğun evləri axtarış edir və sifariş tələbi göndərir.
  • Ev sahibi sifarişi təsdiq etdikdə əməliyyat başlayacaq.
  • Ev sahibinin sifarişi təsdiqləyənə qədər pul AirBnb-də qalır.
  • Sorğu təsdiq edildikdən sonra ev ünvanı və detalları kirayəçiyə verilir. Bu müddətdən sonra kirayəçi və ev sahibi birbaşa əlaqə qurur və yaşayış yerində görüşür.
  • Yerləşmə başa çatdıqdan sonra, pul ev sahibinə verilir.
  • Daha sonra həm ev sahibi, həm də kirayəçi bir-birinin profilində təcrübə ilə bağlı xal və şərh əlavə edə bilərlər.
  • Reytinq və şərh sistemi olduqca vacibdir. Ev sahibinə yazılan mənfi şərhlər növbəti sifarişdə kirayəçinin narahat olmasına səbəb ola bilər.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et