Hələ də tapılmayan xəzinələr (MARAQLI FAKTLAR) | Banco.az

Hələ də tapılmayan xəzinələr (MARAQLI FAKTLAR)

Planetimizdə çoxlu sayda sirlər və müəmmalar mövcuddur. Onlardan bəziləri tam real, digərləri isə daha çox əfsanəyə bənzəyir. Lakin, bəzi belə sirlər müəyyən maddi marağa malikdir. Yalnız bu müəmmalı xəzinələri tapmaq və təsəvvüredilməz var-dövlətə sahib olmaq qalır.

Bu xəzinələr onları tapacaq qəhrəmanları gözləyir

Atillanın sərdabəsi

Bütün Avropanı titrədən, romadan xərac alan, Papanı diz çökdürən Atilla 453-cü ildə öldü. Roma tarixçisinin yazdıqlarına görə, Atillanın cənazəsi böyük xəzinə ilə birgə dəfn edilib. Cənzazə əvvəlcə qızıl tabuta, qızıl tabut ondan böyük gümüş tabutun içinə, gümüş isə daha böyük olan dəmir tabutun içinə qoyulub. Saysız zinət əşyaları, qiymətsiz ləl-cəvahiratda məzara tökülüb və Atillanın cəsədi  ilə birgə gömülüb. Məzara boşaldılan qızıllar o qədər çox olub ki, Atillanın əsgərləri qəbrin sonradan açılacağından ehtiyat ediblər. Bu səbəbdən Atillanın əsgərləri onun dəfnində iştirak edənlərin hamısını qılıncdan keçirir. Tarixçilərin fərziyyəsinə görə, Atillanın məzarı Dunay çayının sahilində bir yerdən başqa yerə aparılıb. 

Lima xəzinəsi 

Böyük coğrafi kəşflər zamanı İspaniya Cənubi Amerikanın bütün sərvətlərini taladı. 1820-ci ildə Peruda ispan hakimə qarşı başlanan üsyan zamanı o, külli miqdarda olan xəzinəsini gəmi vasitəsilə Meksikaya göndərmək istədi. Lakin kapitan Vilyam Tomsonun komandanlığı ilə Meksikaya gedən gəmi sonradan yoxa çıxır.  Bu gün də həmin gəmidəki xəzinədən xəbər yoxdu.

Piri Rəisin xəzinəsi 

Məşhur türk səyyahı, coğrafiyaşünası Piri Rəis yazdığı kitablar və hazırladığı xəritələrdə bir çox gizli xəzinələrin  yerini dəqiqliklə göstərib. Ölümündən sonra Piri Rəisin bütün əsərləri Osmanlı imperiyasına qaldı ki, bunları  xəzinə kimi dəyərləndirmək vacibdi. Amma bunlarla bərabər Piri Rəisin böyük maddi xəzinəsinin də olduğu deyilir. Lakin həmin xəzinədən bu gün  bir xəbər-ətər yoxdu. Tarixçilər həmin xəzinənin Piri Rəisin Çanaqqladakı qəsrində gizli yerdə saxlandığını güman edirlər. 

Senyora Diadota gəmisi 

Cənubi Amerikanın zəngin təbiətini və yerli xalqı soyan ispanlar 1922-ci ildə nəhəng xəzinəni adıçəkilən gəmiyə yükləyir. Gəmidə qızılların say-hesabı yox imiş. Lakin gəmi okeanda qasırğaya düşür, içindəki xəzinə və bütün heyətlə sulara qərq olur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyb olmuş Bizans xəzinəsi 

Bir zamanlar bütün dünyaya hökmdarlıq edən Bizans imperatorluğunun var-dövlətini yığdığı gəmilər sonralar dənizə qərq oldular. Fərziyyələrə görə, həmin gəmilərin batdığı yer indiki İstanbulun Haliç hissəsidir.

İnklərin xəzinəsi

İnklərin imperatoru Ataualpanı İspaniya əsirliyindən azad etmək üçün konkistador Pissaro fidyə tələb edib: iki ay ərzində Ataualpanın saxlanıldığı otağı tam qızılla doldurmaq lazım olub. Bu təxminən 50 kub metr qızıldır! Qızıl kütləsi çoxalır və lakin iki ay başa çatdıqdan sonra otaq hələ də tam olaraq qızılla dolmayır. Ataualpa lazımi qızılın toplanılmasına az vaxt qaldığına Pisarronu inandırmağa çalışmasına baxmayraq Pisarro onu edam edir. Ataualpanın öldüyü məlum olduqda qızılla yüklənən 11 min lama oraya çatmaq üzrə olub.

Torpaqsız İoannın arabası

Uğursuz İngiltərə kralının xəziəsini daşıyan araba bataqlığa düşüb. İtkilərinə gözə bilməyən İoann növbəti gün ölür. İtən qızılları dəfələrlə axtarıblar, lakin heç bir uğur əldə edə bilməyiblər. Bu müddət ərzində bataqlıq quruyub. Keçmiş bataqlığın sahəsi 450 hektar təşkil edir.

Çingiz xan xəzinəsi

Xanın dəfn ediləcəyi yerə xəzinəsi də gətirilib. Qəbir üzərindən onun atları ayaq döyüb, bununla da qəbir üzərindəki torpaq hamarlanıb. Sıravi dəfn ayini icraçıları isə öldürülüb. Bu yerin geniş Monqolustan steplərinin məhz harasında olduğunu heç kəs bilmir.

Süleyman peyğəmbər qazması

Tövratdan olan sübutlara əsaslanaraq xəzinə axtaranlar konservləşdirilən ən böyük qızıl mədənini tapmağa çalışırlar. Qazmaların Ərəbistan yarımadasında yerləşməli olduğu məlumdur.

Dəfinələr adası

Stivensonun romanında təsvir edilən ada həqiqətdə Kokos adlanır. Oradakı xəzinə hələ də tapılmayıb. Söylənilir ki, orada Perudan gətirilən insan boyunda Məryəm ana heykəli yerləşir, çəkisi 500 kiloqramdır, zümrüd və mirvari ilə bəzədilib.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et