Həftəsonu MÜTLƏQ baxmalı olduğunuz filmlər | Banco.az

Həftəsonu MÜTLƏQ baxmalı olduğunuz filmlər

İstirahət günlərini faydalı və maraqlı keçirmək istəyirsinizsə, o zaman Banco.az olaraq təqdim etdiyimiz film siyahısından yararlana bilərsiniz. 

The Pursuit of Happyness

Filmdə - 5 yaşında övladını tək başına böyüdən atadan bəhs edilir. Layihəsi uğursuzluğa düçar olur və nəticədə özünü küçədə tapır. Filmin qəhrəmanı bütün bədbəxtliklərə baxmayaraq, geri çəkilmir. O, broker şirkətinə pulsuz təcrübə proqramına qəbul olur.

 

Adam Jones

Öz pis vərdişi nəticəsində Parisdə yerləşən şəxsi restoranını itirən tanınmış aşpaz haqqında hekayə. Özünə gəldikdə isə sıfırdan başlamaq qərarına gəlir. Michelin 3 ulduzunu qazanmaq üçün yenidən komandasını toplayır və london restoranını yenidən qurur.

 

İnvictus

Klint İstvudun ekran əsəri, Nelson Mandelanın Cənubi Afrikada aparteida ( irq bölgü partiyası – 1961) süqutu ərəfəsində ilk prezidentlik müddətindən bəhs edir. Ekran əsərinin əsas süjet xətti Cənubi Afrika Respublikasında 1955-ci ildə təşkil olunan reqbi üzrə dünya kuboku ətrafında cərəyan edir.

 

Concussion

Amerikada məşhur idmançıların qəribə və izahedilməz qətlləri baş verir. Müəmmalı qətllərin səbəbini isə cavan neyrocərrah tapmağa çalışır.

 

Saving Mr. Banks

Pamela Travers tərəfindən yazılan eyni adlı kitab əsasında çəkilən film. Kitabın süjetini ekranlaşdırmaq istədikdə Uolt Disney, britaniyalı yazıçının qəribə və susqun xarakteri ilə qarşılaşmalı olur.

 

Chasing Mavericks

Film, Kaliforniya-Maverikami sahillərində yaşayan, nəhəng dalğaları ram etməyə çalışan serfinqçilər haqqındadır.

 

Million Dollar Baby

Klint istvudun ekranlaşdırdığı, Frenki Danne və bir gün məşqə başlamaq üçün zala gələn Meqqi haqqında növbəti əsərdir. Film dörd Oskar nominassiyası üzrə qalib olub: ən yaxşı film, rejissura, aktrisa və ikinci plan aktyoru.

 

Suffragette

Filmdə, qadınların seçki hüququ qazanması uğrunda aparılan mübarizə - sufrajist hərəkatından bəhs edilir.

 

Warrior

Filmdə, uzun müddətdən sonra böyük turnirdə iştirak üçün evə qayıdan, cavan döyüşçüdən bəhs edilir.

 

The social network

Film Marc Zuckerberg və Facebook şəbəkəsinin yaradılması haqqındadır.

 

Steve Jobs

Denni Boyl-un ərsəyə gətirdiyi ekran əsəri, Apple təsisçisi Stiv Cobs haqqındadır. Filmdə, Apple və Next-in təqdimatına hazırlığın 3 hekayəsi göstərilib.

 

Ali

Dünya boks tarixinin ən məşhur və tanınmış idmançısı, amerikalı boksçu Məhəmməd Əli haqqında çəkilən filmdir. Əli təkcə uğurları ilə deyil, eyni zamanda xeyriyyə işləri ilə də tanınırdı. Məhşur boksçu UNICEF-in xoş məramlı səfiri idi.

 

The prestige

Hekayə, 19-20-ci əsr kəsiyində bir-biri ilə rəqabət aparan iki foksçu-illuzionist haqqındadır.

 

Transcendence

Fantastika janrında çəkilən filmdə - öz intellektini kompyuterə yükləyə bilən, süni intellekt sahəsi üzrə tanınmış tətqiqatçı haqqında danışılır.

 

The illusionist

Film illuzionist Eyzenhaym haqqındadır. O izləyicilərə, sehirə bənzər Vena fokusunu nümayiş etdirir.  Onun şöhrətinin sədası şəhzadə Leopolda qədər çatır və hətta aralarında mübahisəyə belə yol açır.

 

She

Fantastik əsər, insan və ilk süni intellektə malik olan sistem arasında baş verən münasibət haqqındadır.

 

Ex machina

IT-milyarderin, süni intellektə malik robotu sınamaq üçün işə götürdüyü şəxs haqqında hekayə.

 

 The big short

2008-ci ildə baş verən dünya iqtisadi böhranı haqqında daha əvvəl məlumat verən maliyyə analitiklərindən bəhs edən filmdir.

 

The Wolf of Wall Street

Sahibkar Cordan Belfort; narkotik maddələr qəbul edir, qəribə həyat tərzi sürür və “boz” maliyyə sxemlərini yaradır.

 

Margin Call

Nəhəng investisiya banklarından birinin əməkdaşı yeni bazar analizi proqramı vasitəsi ilə 2008-ci ildə baş verən böhranın miqyası barədə məlumat əldə edir. Analitiklər seçim qarşısında qalırlar.

 

Casino Jack

Filmdə, keçmiş respublikaçı lobbist Cek Abramof haqqında bəhs edilir. O 2006-cı ildə, gəmi-kazinoları almaq məqsədi ilə imzaladığı müqaviləyə görə ittiham edilərək, 5 il 10 ay müddətində azadlıqdan mərhum edilir. Onun qeyri-qanuni əməliyyatlarının zərəri  21 mln dəyərində qiymətləndirilir.

 

There will be blood

Hadisələr 1920-ci ildə Kaliforniyada cərəyan edir və neft sənayəsi ilə məşğul olan Pleynvyu maqnatına məxsus şirkətin yüksəlişini həsr edilir.

 

Nightcrawler

Film, Los-Ancelesdə özünə iş tapmağa çalışan Lui Blum haqqındadır. O, bir gün həvəskar çəkiliş qrupunun avtomobil qəzasını çəkdiklərini görür və bu onun biznes qurmasına təkan verir.

 

Lawless

Hadisə Amerikanın cənubunda, Böyük depressisa və spirtli içkilərin qadağan edildiyi zamanı əhatə edir. Süjetin mərkəzində- qadağan olunan qaçaqmalçılıqla məşğul olan Bondurant ailəsi, üç qardaş, Cek, Forrest və Qovard təsvir olunur.

 

Two for the money

Film bukmeyker Uolter və oyun nəticələrini öncədən düzgün məlumat verən keçmiş-futbolçu haqqındadır. Uolter idmançının bu bacarığı sayəsində biznes-imperiya qurmağa çalışır.

 

Blood diamond

Hadisələr 1999-cu ildə Syerra-Leone-də cərəyan edir. Brilliant qaçaqmalçısı Leonardo Dikaprio, oğlu itmiş balıqçıya yardım etmək qərarına gəlir.

 

Imitation game

Hadisə, İkinci dünya müharibəsi zamanı “Enigma” şifrəsini qırmağa çalışan, ingilis riyaziyyatçısı və məntiqçisi Alan Tyurinq haqqındadır.

 

The worlds fastest İndian

Yeni Zellandiyalı Berta Monro, həyatının 10 ilini, köhnə motosiklini yeni yarış rekordunu qıra bilmək üçün yenilənməsinə sərf edir.

 

Joy

Filmdə, biznes-dinastiyanın əsasını qoyan və onun rəhbərinə çevrilən qızdan bəhs edilir.

 

I origins

Molekulyar bioloq və onun tərəfdaşı, müasir cəmiyyəti kökündən dəyişəcək bir ixtira edirlər.

 

Aviator

Ən sərfəli kredit üçün müraciət et

Qovard Hyuz, öz dövrünün məşhur filmini çəkərək, sürət uçuşları üzrə rekord qırır və ikinci böyük avia şirkət sahibi olur.

 

Rush

Film, “Formula-1” yarışlarının tarixində iki barışmaz rəqib ingilis Ceyms Xant və avstriyalı Niki Laud haqqındadır.

 

Flight

Təcrübəli pilot möcüzəli şəkildə, təyyarəni qəzaya uğramasının qarşısını alaraq, sərnişinlərin həyatını xilas etməyə nail olur. Lakin aparılan istintaq nəticəsi onun qəhrəman kimi görünməsini əngəlləyir.

 

Catch me if you can

Film, 21 yaşında sənəd saxtakarlığı ilə məşğul olaraq; pilot, hüquqşünas və  həkim kimi fəaliyyət göstərən Frenk Ebeqneyl haqqındadır.

 

Ray

Film amerikalı musiqiçi Rey Çarlz haqqındadır.

 

8 mile

Hadisələr 1995-ci ildə Detroitdə cərəyan edir. Şəhərin çox perspektivli siyasəti uğursuzluq, xaosa düçar olaraq, qarışıqlığa gətirib çıxarır. Bir çox sakinlər üçün hip-hop emosional bir çıxış yolu olur, onlar belə üsul ilə sərt reallıqlardan uzaqlaşmağa nail olur.

 

 

The Theory of Everything

 Ekran əsəri, məhşur fizikaçı Stiven Hokinq və onun həyat yoldaşı arasında baş verən münasibətləri əhatə edir.

 

Limitless

Nyu-Yorklu yazıçı Eddi, həyatındakı uğursuzluqları dəf etmək və beyin fəaliyyətini artırmaq üçün qadağan olunmuş NZT preparatını qəbul edir.

 

Focus

Filmdə bacarıqlı kələkbaz və qeyri-qanuni biznesdə ilk addımlarını atmağa çalışan qızdan bəhs edilir.

 

The intern

70 yaşlı dul Ben Uitaker, pensiyaya çıxdıqdan sonra dəbli onlayn geyim mağazasında təcrübəçi olaraq işə başlayır.

 

Results

İki personal məşqçi, varlı müştəri uğrunda mübarizə etməyə çalışır.

 

Whiplash

Gənc musiqiçi Endryunun uğur qazanmaq istəyi artıq bağlılıq səviyyəsinə çatır. Onun mərhəmətsiz müəllimi isə, onu hər gün daha artıq çalışmağa vadar edir.

 

The great Gatsby

Cey Getsbi, Nyu-Yorkda şənliklər düzənləyən sirli milyarderdir. Sonra məlum olur ki, bütün bunları o qarşıda yaşan gənclik sevgisi üçün hazırlayır.

 

The bucked list

İki xərçəngə tutulan qonşu – çılğın milyarder və ağıllı avtomexanik, ölməzdən əvvəl etmək istədiklərinin siyahısını tərtib etmək qərarına gəlir.

 

The intership

İki satış meneceri işdən çıxdıqdan sonra, Google şirkətinin təcrübə proqramına qatılır.

 

The Fighter

Filmin süjeti «İrlandiya” ləqəbli  Mikki Uord-un boks üzrə dünya çempionluğunu qazanmasına həsr olunub.

 

Kings speech

Filmdə, Britaniya kralı olmaq istəyən hersoqdan danışılır. Hersoq kral olmağa çalışsa da, nitq ilə bağlı müəyyən problemləri olur.

 

The Wrestler

Filmin baş qəhrəmanı 80-cı illərin restlinq ulduzudur. Oyunların biri zamanı idmançı infarkt keçirir. Həkimlərin etirazlarına baxmayaraq, məşhur idmançı yenidən fəalliyyətini davam edir.

 

127 hours

Yüksəkliklər və kanyonların gizli mağara həvəskarı, növbəti dəfə təklikdə dağlara gedir. O 127 saat; ac-susuz və ən əsası yaşamaq ümidi olmayan bir tələyə uğrayır.

 

Unbroken

Film, amerikalı yüngül atlet Lui Zamperini haqqındadır. İdmançı 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında yer alır, son qaçış zamanı məğlubiyyətə uğrayır. Lakin, bu onun Hitlerin rəğbətini qazanmasına mane olmur.

 

Cinderella man

Əhvalat, idmanı tərk edərək, ailəsini pulsuzluqdan qurtarmaq üçün hər iş təklifinə razı olan Cim Breddok haqqındadır.

 

In the Heart of the Sea

1819-cu ildə amerika gəmisi “Esseks” 20 nəfərdən ibarət heyyət ilə balina ovuna çıxır. 1920-ci ildə uğurlu ov, gəmiyə nəhəng kaşalotun hücumuna məruz qalaraq, dayandırılır. Dənizçilər qəzaya uğrayan gəmini tərk etməyə məcbur olurlar.

 

After Earth

Hadisələr, min il əvvəl  baş verən fəlakət sonrasını əhatə edir.  İnsanlar bu fəlakət nəticəsində Yer kürəsini tərk etmək məcburiyyətində qalır. Asteroid qasırğası zamanı uçuş aparatı,  sərnişinləri ; ata və oğul ilə birlikdə təhlükəli Yer kürəsini düşərək, qəzaya uğrayır.

 

Into the wild

Kollecin ən qabaqcıl tələbə-atleti Kristofer MakKendless təhsilini bitirdikdən sonra, hesabında olan 24 min $ xeyriyyə fonduna təslim edir və avto-stopla Alyaskanın vəhşi-təbiətini görməyə gedir.

 

The Immigrant

Əhvalatda - Polşanı tərk edərək, yaxşı həyat axtarışında Nyu-Yorka üz tutan imiqrantlar haqqında bəhs edilir. Lakin Amerikaya gəldikləri andan etibarən, film qəhrəmanları xoşa gəlməz hadisələr ilə qarşılaşır.

 

1+1

Filmdə, bədbəxt hadisə zamanı zərər çəkən varlı aristokrat və onun işə götürdüyü köməkçisindən bəhs edilir.

 

American gangster

Harlem (Nyu-Yorkun şimalında rayon) cinayətkar avtoritet vəfat etdikdən sonra, onun sakit sürücüsü öz şəxsi kriminal imperiyasını qurmaq qərarına gəlir.

 

Troy

Filmdə bizim eradan əvvəl (e.ə) 1193-cü il canlandırılır.  Qəddar çar Aqamemnonun ordusu, Axilesin başçılığı altında Troyanı 10 il sürən qanlı pusqu nəticəsində işğal edir.

 

Gladiator

Roma imperiyasının yüksək rütbəli döyüşçüsü Maksimus xəyanət nəticəsində, qul kimi satın alınır və arenada qladiator olaraq döyüşməyə məcbur qalır.  

 

The 300 Spartans

Filmdə eramızdan əvvəl 480-ci ildə Fermopil ərazisində, çarları Leonid olmaqla 300 spartalının, iran şahı Kserksin ordusunun qarşısını kəsdiyi əhvalatından bəhs edilir.

 

Lincoln

Filmdə, ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln-un həyatından bəhs edilir.

 

The last king of Scotland

Uqanda prezidentinin gücü onun həkimi olan Harriqanı valeh edir. Lakin sonra, diktatorun qanlı və qəddar siyasəti Harriqanın bütün düşüncələrini alt-üst edir. Məhz o andan etibarən, həkim baş verənlərin qarşısını almaq qərarına gəlir.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et