Hədəf təyin etməyin 4 faydası | Banco.az

Hədəf təyin etməyin 4 faydası

İnsan həyatında müvəffəqiyyətin ən böyük xüsusiyyətlərindən biri hədəf təyin etməkdir. Claude Bernard demişdir: "Nə axtardığını bilməyən, tapdığını anlaya bilməz".

ABŞ-da 100-dən çox uğurlu insanın həyatlarının 20 illik müddəti araşdırıldıqdan sonra, onların müvəffəqiyyətləri əsasında müəyyən edilmiş on beş maddədən birinin hədəf təyin etmək olduğu qənaətinə gəlinmişdir.

Digər bir araşdırma Almaniyada aparılmışdır. Almaniya Tübingen şəhərində Max Planck Bioloji Kibernetika İnstitutunda edilən bir araşdırma insanların bir istinad nöqtəsi olmadan bir düz xətdə getməyəcəyini göstərdi. (Souman, 2009). Tədqiqatçılar Tunisdəki Sahara çölündə və Tunisdəki Bienvald meşəsində GPS cihazlarının köməyi ilə saatlarla gedən könüllüləri izlədilər. Nəticələr göstərir ki, iştirakçılar yalnız Ay və Günəşi görəndə düz bir marşruta keçə bilirlər. Referans nöqtələr buludların arxasına girildikdən sonra iştirakçılar şüursuz olaraq dairələr çəkməyə başladılar.

Hədəf təyin etmənin ən əhəmiyyətli 4 faydası:

Ən sərfəli kredit üçün müraciət et

  • İlk növbədə hədəflər istiqamətimizi müəyyənləşdirir. Hansı tərəfə dönəcəyimizi, hansı yolda getməli olduğumuzu bilir və bunun sayəsində diqqətimizi cəmləyə bilirik. (DİQQƏT)
  • Hədəfimizə çatmaq üçün günlük, həftəlik, aylıq planlaşdırma edə bilər, ona gedən prosesi konkret bir şəkildə planlaya bilərik. (PLAN)
  • Hədəfimizi sevdiklərimizlə ortaq bir hədəf halına gətirə bilsək, bunun üçün qrup halında işləyə və birlikdə daha güclü bir şəkildə hədəfimizə doğru gedə bilərik. (KOMANDA RUHU)
  • Hədəfimizə gedən yolda uğurlu olduğumuz hər addımı qeyd edib, bunu sevdiklərimizlə bölüşə bilərik. Bu gücümüzü və qətiyyətimizi artıracaq. (MOTİVASİYA)

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et