Heç Nə Etmək İstəmədiyiniz Anlarda, Sizi Hərəkətə Gətirəcək 6 Məsləhət | Banco.az

Heç Nə Etmək İstəmədiyiniz Anlarda, Sizi Hərəkətə Gətirəcək 6 Məsləhət

Əhval ruhiyyəniz havadan, başınıza gələn hadisələrdən və ətrafınızda baş verənlərdən təsirlənə bilər. Bəzən də bütün işləriniz qaydasında olsa da, nəsə etmək istəmirsiniz. Hazırlanması lazım olan imtahanlar, yazılması lazım olan hesabatlar… Hamısı sizi gözləyir, amma siz özünüzü yaxşı hiss etmirsiniz ya da özünüzdə yetərli motivasiyanı tapmadığınızdan heç nə etmək istəməyə bilərsiniz.

Hər kəs adamın enerjisini alan bu sıxıcı əhval-ruhiyyəni bəzən yaşayırıq. Ehtiyacımız olan şey hərəkətə keçməkdir. Bəs, hərəkətə keçmək üçün nələr etməlisiniz?

1) Əhval ruhiyyənizi korlamayın.

Heç nə etmək istəmirsiniz və bu vəziyyətdə özünüzü nəsə etməyə məcbur etsəniz, daha çox əsəbləşə bilərsiniz. Nə qədər çox istəsəniz də əgər daxildən gəlmirsə, yaxşı hiss etməyə bilərsiniz. Əslində, yaxşı hiss etmək məcburiyyətində deyilsiniz. Hərəkətə keçməyiniz üçün özünüzü yaxşı hiss etməyiniz lazım deyil, buna görə də yaxşı hiss etməyə çalışmaqdan əl çəkin və digər addımlara enerjinizi xərcləyin.

2) Qayğılarınızdan bəslənin.

Həmişə yaxşı hiss etməyiniz lazım olmadığının fərqindəsiniz. İndi, özünüzü narahat hiss etməyin  o qədər də pis bir şey olmadığının fərqinə varmaq vaxtıdır. Mübarizə aparmağı və çətinliklərə qalib gəlməyi unudun. Çətinlikləri qəbul edin. Özünüzə əsəbləşmək, sıxılmaq, narahatlılıq, depressiyanı hissetmə fürsəti verin. Əhval-ruhiyyənizi düzəltməyə çalışmayın və o an bu şəkildə hiss etməyi qəbul edin. Bəzi insanları qayğıları hərəkətə gətirir.

3) Özünüzə qulaq asın.

Önəmli bir şey etməyəcəksiniz, narahat hiss etməyinizin də bir anlamı yoxdur. Etməyiniz lazım olanları düşünün və etmək üçün səbəbləri müəyyənləşdirin. Bir şey etmədiyiniz üçün günahkarlıq hissi ilə addım atmaq yerinə, hərəkətə keçdikdən sonra əldə edəcəyiniz nəticələrin sizə verəcəklərini düşünün və bunlarla özünüzü motivasiya edərək hərəkətə keçin. Əgər bu şəkildə düşündüyünüzdə, özünüzü rahatlamış hiss edəcəksiniz və hərəkətə keçə bilmirsinizsə, bəlkə də etmədiyinizdə baş verəcək neqativ nəticələri düşünmək sizi bir an öncə başlamağa təşviq edər.

Ən sərfəli kredit üçün müraciət et

4) Plan hazırlayın.

Özünüzü nəsə etməyə inandırdınız. Bəs, haradan başlayacaqsınız? Necə irəliləyəcəksiniz? Böyük məqsədlər üçün kiçik addımlarla başlayın. Bir kağız qələm alın və özünüzdən soruşacağınız bu sualların cavablarını qeyd edin:

 Nə etmək istəyirəm?

– Nə vaxt etmək istəyirəm?

 Harada etmək istəyirəm?

Gözünüzdə böyüyən hədəfinizi tam olaraq planlaşdırdığınızda, hərəkətə keçməyiniz daha rahat olacaqdır.

5) Başlayın.

Bir addım atın. Kiçik bir addım da ola bilər. Qələminizi əlinizə alın və ya laptop-nuzu (və ya tablet-i) götürün. Nəsə etməyə başlayın. “Başlamaq, bitirməyin yarısıdır” deyirlər. Başladığınızda ardı gələcəkdir.

(Bu addımda çətinlik çəkirsənizsə, 1-dən 5-ə qədər olan addımları yenidən gözdən keçirin).

6) Alınmırsa, məsuliyyəti qəbul edin.

Bəzən nə qədər məcbur etsəniz də, özünüzü inandıra bilmirsiniz. Onda “edə bilməməyi” qəbul edin. Etmək də, etməmək də sizin seçiminizdir və etməməyi seçməyin məsuliyyətini də öz üzərinizə götürməyi öyrənmiş olacaqsınız. Tamamilə sizin azad seçiminizdir. Özünüzü çox sıxmayın.

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et