Hansı üstündür: TRON, yoxsa Ethereum? | Banco.az

Hansı üstündür: TRON, yoxsa Ethereum?

Bir neçə gün əvvəl əsas şəbəkəsini istifadə verən TRON-un mərkəzsiz tətbiqlərlə bağlı Ethereum-a rəqib ola biləcəyi məlum məsələdir. TRON-un təsisçisi Castin San yazdığı “tweet”-də 7 müxtəlif nüansa toxunaraq TRON-un Ethereum-da daha yaxşı olduğunu iddia edib.

“TRON nə üçün ETH-dən yaxşıdır? 1. Saniyədə 200 əməliyyat vs 25 əməliyyat. 2. Müstəqil token vs avtoritar qaydalar. 3. 100 milyon mərkəzsiz tətbiq istifadəçisi vs minlərlə istifadəçi. 4. Pulsuz vs yüksək ödəniş. 5. Coin yandırma. 6. 2 milyard dollar bonus vs sıfır. 7. Yüksək miqyaslama vs aşağı miqyaslama.

Əməliyyat sürəti

Castin San bu baxımdan TRON-u xeyli tərifləyib. Saniyədə 2000 əməliyyatın yerinə yetiriləcəyini qeyd edib. Ethereum-da isə bu göstərici olduqca aşağıdır. Saniyədə 25 əməliyyat reallaşdırmaq olur.

İcma rəhbərliyi

TRON-a birliklə bağlı məsələlərdə “token müstəqilliyi” prinsipini tətbiq edən demokratik kriptovalyuta kimi baxıla bilər. Ethereum-un isə bu mövzuda “avtoritar qaydalara” sahib olduğu məlumdur. TRON birliyin gücünü özünə verir.

Mərkəzsiz proqramların sayı

Castin San TRON-u mərkəzsiz tətbiqlərdə əsl çempion elan edib. TRON 100 milyona yaxın mərkəzsiz tətbiq istifadəçisinə malikdir. Şirkət bunu daha da artırmaq istəyir. Etereum şəbəkənin mərkəzsiz tətbiqin minlərlə istifadəçisi var.

Əməliyyat haqqı

Əksər istifadəçi kriptovalyuta əməliyyatları üçün daha az xərc tələb edən maliyyə vasitələri axtarır. TRON bu sahədə Ethereum-u arxada qoyaraq liderliyi ələ keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Coin yandırma

Bu baxımdan da TRON birbaşa üstün görünür. TRON rəqəmsal aktiv yaratmaq məqsədilə coini yandırır, Ethereum-da bu xüsusiyyət yoxdur.

Mükafatlar

Deyilənə, görə TRON tərtibatçılarına ümumilikdə 2 milyard dollar dəyərində mükafat veriləcək. Bu, əksər istifadəçini TRON-la maraqlanmağa sövq edir. Ethereum-dan isə belə bir mükafat ayırılmayıb.

Miqyaslaşdırma

Miqyaslaşdırma blockchain şəbəkələrində ən çox danışılan məsələlərdəndir. TRON-u miqyaslama ilə bağlı Ethereum ilə müqayisə etmək yanlışdır. Çünki TRON bu sahədə də çox inkişaf edib.

TRON-un dəyərini və böyüklüyünü araşdıran bir istifadəçi altcoinin Ethereum-dan ayrılıb, öz şəbəkəsinə keçdikdə daha da güclənəcəyi və Ethereum-a real rəqib olacağı qənaətinə gəlib.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et