Hansı kredit təşkilatları kredit verir? - ARAŞDIRMA | Banco.az

Hansı kredit təşkilatları kredit verir? - ARAŞDIRMA

Bank olmayan kredit təşkilatı - (bundan sonra, BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və BOKT-lar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər.

Bu məqaləmizdə nağd pul krediti əldə edə biləcəyiniz bank olmayan kredit təşkilatlarını araşdırdıq. Həmin kreditlərin növlərini və şərtlərini sizlərə təqdim edirik:

Kredit təşkilatı

Kredit növü

Məbləğ (AZN)

Müddət

(ay)

Faiz

"Merkuri"

Lombard krediti

10 000

24 ayadək

22,5%

"Mol Bulak"

Ailə istehlak krediti

300-1500

18 ay

31-37%

Ailə biznes krediti

300-1500

18 ay

25-35%

“TBC Kredit”

Girovsuz istehlak krediti (AZN)

500-15 000

3-36 ay

AZN 30% - 42%

USD 20%- 26%

"Azmikroinvest"

İstehlak krediti

5000 

12-24 ay

28-29%

Mikro kredit 5000

12-24 ay

22-23%

"Brand Credit"

Lombard krediti - 24 ay min. 24%

"Finoko"

Biznes krediti min. 4000 USD 12-60 24%
"İcraçı Kredit Agentliyi" İstehlak krediti 3000 18-24 25-30%
Mikro kredit

"İdeal Kredit"

Lombard krediti

min. 2000 36 ayadək 42%

"Findev"

İstehlak krediti 3000 24 ayadək 17%
Biznes krediti 3000-15 000 36 ayadək 17%

Ən sərfəli kredit üçün müraciət et

"Merkuri" kredit təşkilatı müştərilərə iki növ nağd pul krediti təklif edir: İstehlak krediti və Lombard krediti.

Kreditin əldə olunma şərtlərinə görə istehlak kreditlərini əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və zamin tələb olunur. Lombard kreditlərində isə zinət əşyalarınızı girov qoymaqla, zamin tələb olunmadan iş yerindən arayışla göstərilmiş kredit məbləğini əldə edə bilərsiniz.

"Mol Bulak" bank olmayan kredit təşkilatı da iki növ nağd pul krediti təklif edir; “Ailə istehlak krediti” və “Ailə biznes krediti”. Bu kreditlərin fərqi odur ki, kredit məbləği 800 AZN-dən çox olarsa daimi iş yeri olan ailə üzvlərinizdən biri kredit üçün zamin ola b-ilər. “Ailə biznes krediti”ndə isə bununla yanaşı biznesi təsdiq edən sənəd olmalıdır.

“TBC Kredit” həm AZN valyutasında, həm də USD valyutasında girovsuz istehlak kreditləri təklif edir. Kreditin  əldə olunması üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış tələb olunur. Gəlirləri xarici valyutada olan şəxslər USD valyutasında nağd pul krediti əldə edə bilər.

"Brand Credit" qızıl təminatı ilə lombard kreditləri təklif edir və məbləğ qızılın dəyərinin 150%-i həcmində ola bilər.

"Finoko" bank olmayan kredit təşkilatı biznesi olan şəxslərə girov əsasında nağd pul krediti təklif edir və kreditlər yalnız USD valyutasında verilir. 

"İcraçı Kredit Agentliyi" bank olmayan kredit təşkilatı regionlarda bütün müştərilərə, Bakıda isə yalnız təkrar müştərilərinə nağd pul krediti ayırır.

Azərbaycanda fəaliyyə göstərən BOKT-larla buradan tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et