Hansı banklar həm də broker xidmətləri göstərirlər? | Banco.az

Hansı banklar həm də broker xidmətləri göstərirlər?

Banklar getdikcə öz fəaliyyətlərini genişləndirir, maliyyə sektorunun müxtəlif istiqamətlərində xidmətlər təklif etməyə başlayırlar. Bu tip xidmətlərə broker əməliyyatlarını aid etmək olar. Broker fəaliyyətinin lisenziyalaşdırılması AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. AR qanunvericiliyinə görə broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Hazırda Azərbaycanda 15 şirkət broker xidmətləri göstərir ki, onlardan da 9-u banklara məxsusdur. Diqqətinizə broker fəaliyyəti ilə məşğul olan bankları çatdırırıq:

Bankın adı Təşkilatın adı Lisenziyanın bitmə tarixi
AtaBank Brokdil-Az 13.05.2018
Bank of Baku BoB Broker 16.05.2017
Bank Standard Standard Capital 14.09.2014
Bank Technique Texnika Kapital Menecment 19.02.2018
DəmirBank ADB Broker 29.06.2015
Paşa Bank Paşa Kapital 24.08.2017
Unibank Unicapital 22.01.2018
Xalq Bank Xalq Kapital 28.10.2014
Yapı Kredi Bank Azərbaycan Yapı Kredi İnvest 05.02.2018

Yuxarıda göstərilən təşkilatlardan "Standart Capital" MMC və "Xalq Kapital" MMC-in lisenziya müddəti bu yaxınlarda bitir. 

Ən sərfəli kredit üçün müraciət et

Broker fəaliyyəti ilə məşğul olan digər təşkilatlara Çelsi Kapital, İnterneyşnl Tranzakşn Sistem, Qarant İnvest, PSG-Broker, İnvest-Az və AzFinance İnvest aiddir.

Ən sərfəli krediti almaq üçün müraciət et