Hansı bankın neftçilərə özəl kampaniyası daha sərfəlidir? | Banco.az

Hansı bankın neftçilərə özəl kampaniyası daha sərfəlidir?

Bildiyimiz kimi 20 sentyabr tarixi 2001-ci ildən Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur. Bu günlə əlaqədar neft-qaz sahəsində çalışanlar üçün şirkətlər tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir.

Banklar da "Neftçilər günü"nü qeyd etməkdən geri qalmayıb. Belə ki, bir neçə bank bayramla əlaqədar olaraq bu peşə sahibləri üçün müxtəlif kampaniyalara başlayıblar. Bu kampaniyalar çərçivəsində kreditlər üçün müxtəlif güzəştlər, endirimlər və digər üstünlüklər təklif olunur.

Hər bir bankın neftçilərə özəl nağd pul kreditləri üzrə güzəşt kampaniyalarının şərtlərini sizlər üçün araşdırdıq və cədvəl çəklinə gətirdik:

Bank

Kredit məbləği

Faiz

Komission haqqı

Kampaniya müddəti

Əlavə üstünlüklər

Bank BTB

5.000

30%

0%

20.09.2017-

20.10.2017

3000 AZN-ə qədər məbləğ üçün zamin tələb olunmur

Bank of Baku

10.000

26-32%

0%

18.09.2017-31.10.2017

Kredit üzrə əsas borc ödənişini 2017-ci ildə yox, 2018-ci ilin ilk ayından etibarən ödəyə biləcəksiniz.

Məbləğdən və gəlirdən asılı olaraq zaminsiz kreditləşmə

Beynəlxalq Bank1

15.000

25-27%

0%

19.09.2017-25.09.2017

3000 AZN-ə qədər məbləğ üçün zamin tələb olunmur

Expressbank

10.000

28%

0%

18.09.2017-25.09.2017

-

Unibank

15.000

23-33%

1%

18.09.2017-22.09.2017

Heç bir zamin tələbi yoxdur;
Sığorta haqqı yoxdur;

Rabitəbank

10.000

20-28%

1%

19.09.2017-30.09.2017

Faiz endirimi iş stajından asılı olaraq tətbiq olunur

Ən sərfəli kredit üçün müraciət et

 1. Beynəlxalq Bank-ın güzəşt kampaniyasından yararlanmaq üçün əmək haqqı kartınız bu banka məxsus olmalıdır.

Qeyd edək ki, bankların əksəriyyətində kredit müddəti 3 ilə qədərdir.

Kampaniaylar çərçivəsində hər bir bankın nağd pul krediti üçün müəyyən etdiyi məbləği, faiz dərəcəsini, komission haqqını və digər şərtləri sizlər üçün müəyyən etdik. Hansı bankın şərtlərinin daha sərfəli olduğuna siz qərar verin.

Ən sərfəli krediti almaq üçün müraciət et