Hansı bankın kreditini onlayn ödəmək mümkündür? | Banco.az

Hansı bankın kreditini onlayn ödəmək mümkündür?

İstəsək də istəməsək də, bu və digər səbəblərdən bir çoxumuz kredit borcuna sahibik. Borc isə igidin qamçısıdır deyiblər.

Kredit ödənişlərini bankın filialına yaxınlaşaraq və ya cash-in aparatlarından ödəyə bilərsiniz. Hətta bəzi bankların kreditləri ödəmə terminallarından da ödəyə bilərsiniz. Bu isə başqa araşdırmanın mövzusudur.

Çünki bu gün biz sizə, kreditlərinizi onlayn ödəmə imkanını təqdim edən bankları araşdıracağıq.

Bu xidmət sayəsində siz olduğunuz məkanı tərk etmədən sadəcə internet vasitəsilə kreditinizi rahatlıqla ödəyə bilərsiniz.

Hansı banklarda bu mümkündür? - deyə soruşursunuzsa, buyurub həmin banklar haqqında ətraflı məlumat ala bilərsiniz:

Bank

Xidmət

Məlumat

AccessBank

Accesspay

Accesspay-dən istifadə edə  bilmək üçün bankın filialına yaxınlaşıb, qoşulmaq lazımdır.
 Bu xidmət vasitəsilə ödənişi başqa bankın kartı ilə etdiyiniz halda 0,7% komisyon haqq tutulur.

AFB Bank

Onlayn Kredit ödənişi Ödəniş zamanı heç bir faiz tutulmur.

Amrahbank

Onlayn Kredit ödənişi

Ödəniş zamanı 1,5% komisyon haqqı tutulur.

ASB Bank1

Onlayn ödəniş

Ödəniş zamanı 1% komisyon haqqı tutulur.

Bank Avrasiya

Onlayn Kredit ödənişi

Ödəniş zamanı heç bir faiz tutulmur.

Bank BTB

Onlayn Xidmətlər Ödənişi AzəriCard şəbəkəsi daxilində olan kartlar (Azər-Türk Bank istisna olmaqla) vasitəsilə etdikdə 0,5%, AzəriCard şəbəkəsi daxilində olmayan kartlar və Azər-Türk Banka məxsus kart vasitəsilə etdikdə 1,5% komisyon haqq tutulur.

Bank of Baku

Onlayn Kredit Ödənişi

Ödəniş zamanı heç bir faiz tutulmur.

Bank Respublika

Onlayn Kredit Ödənişi

Bu xidmət vasitəsilə ödənişi başqa bankın kartı ilə etdiyiniz halda 0,2% komisyon haqq tutulur.

Bank Silk Way

Onlayn Kredit Ödənişi

Ödəniş zamanı heç bir faiz tutulmur.

Bank Standard

Onlayn Kredit Ödənişi

Ödənişi AzəriCard şəbəkəsi daxilində olan kartlar vasitəsilə etdikdə 0,2%, digər prosessinq mərkəzlərinə daxil olan bankların kartları vasitəsilə etdikdə isə 1,2% komisyon haqq tutulur.

Beynəlxalq Bank

Onlayn Kredit ödənişi Ödənişi sadəcə Beynəlxalq Bank-a məxsus plastik kartlarla etmək mümkündür. Ödəniş zamanı heç bir komisyon haqq tutulmur.

Dəmirbank

Onlayn Kredit ödənişi

Ödəniş zamanı heç bir faiz tutulmur.

Expressbank

Onlayn Kredit ödənişi

Ödənişi Millikart şəbəkəsi daxilində olan kartlar vasitəsilə etdikdə faiz tutulmur, digər prosessinq mərkəzlərinə daxil olan bankların kartlar vasitəsilə etdikdə isə 1% komisyon haqq tutulur.

Kapital Bank

Onlayn Kredit ödənişi

Ödəniş zamanı heç bir faiz tutulmur.

Muğanbank

Onlayn Kredit ödənişi

Ödənişi sadəcə AzəriCard şəbəkəsi daxilində olan kartlar vasitəsilə etmək olur və 0,2% komisyon tutulur.

NBC Bank

Onlayn Kredit ödənişi

Ödənişi NBC Bankın kartı ilə etdikdə faiz tutulmur, AzəriCard şəbəkəsi daxilində olan kartlar vasitəsilə etdikdə 0,2%, digər prosessinq mərkəzlərinə daxil olan kartlar vasitəsilə etdikdə isə 2% komisyon haqq tutulur.

Nikoil Bank

Kredit ödənişi Nağd pul kreditinin ödənişi zamanı heç bir faiz tutulmur.

Parabank

Onlayn ödəniş

Ödənişi Parabankın kartları ilə etdikdə 0.2%, AzəriCard şəbəkəsi daxilində olan kartlar vasitəsilə 0.2%, digər prosessinq mərkəzlərinə daxil olan bankların kartları vasitəsilə edildikdə 2.2% komisyon haqq tutulur.

Turanbank

Onlayn ödə

Ödəniş zamanı heç bir faiz tutulmur.

Unibank

Onlayn Kredit ödənişi

Ödəniş zamanı heç bir faiz tutulmur.

Xalq Bank

Kredit ödənişi

Ödənişi AzəriCard şəbəkəsi daxilində olan kartlar vasitəsilə etdikdə faiz tutulmur, digər prosessinq mərkəzlərinə daxil olan bankların kartlar vasitəsilə etdikdə isə 2,2% komisyon haqq tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Siz eyni zamanda ödəniş portalları vasitəsi ilə də kreditinizi onlayn ödəyə bilərsiniz.

Cədvəldə bu xidmətdən yararlanan bankların adı qeyd olunub.

Hesab.az

E-Pul

Kassam.az

AFB Bank

Accessbank

VTB Bank

AGBank

Atabank

 

Atabank

Bank of Baku

 

Bank of Baku

Muğanbank

 

Bank Standard

Rabitəbank

 

Dəmirbank

VTB Bank  

Expressbank

   

Kapital Bank

   

Muğanbank

   

Rabitəbank

   

VTB Bank

   

Yapı Kredi Bank Azərbaycan

   

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et