Hansı bankın kartlarına banka getmədən mədaxil etmək olar? | Banco.az

Hansı bankın kartlarına banka getmədən mədaxil etmək olar?

Müştəriləri hər hansı bir bankın plastik –debet kartını seçərkən maraqlandıran vacib suallardan biri də balansı banka gəlmədən artırmaq mümkünatıdır. Yəni müştəri öz hesabına nağd vəsait qoymaq üçün mütləq banka yaxınlaşmalıdırmı?

Bu sualı araşdırmaq üçün banklarımıza müraciət etdik. Aldığımız cavabları sizə təqdim edirik.

Azər Türk Bank, Bank of Baku, Rabitəbank, NBC Bank, Nikoil Bank, Turan Bank, Bank Respublika, AG Bank, ExpressBank, Unibank və Bank BTB-nin kartlarını müxtəlif ödəniş terminalları – Expresspay, E-manat və ya Milli ÖN vasitəsi ilə artırmaq mümkündür. Digər adları çəkilən banklarda isə əsasən Cash-inlər vasitəsi ilə balans artırılır, Cash-in aparatları adətən filialın qarşısında və daxilində olur.

AtaBank, Beynəlxalq Bank, AmrahBank və ASB Bank kimi bəzi banklarda isə kart hesabına mədaxil üçün filiala yaxınlaşmaq lazımdır. 

TuranBank

Müştərilər günün istənilən vaxtı Bankımıza  məxsus ödəniş kart hesablarındakı vəsaiti “MilliÖn” və “eManat” ödəniş terminalları, eyni zamanda  Cash In tipli bankomatlar (ATM) vasitəsilə artıra bilərlər.

Azər Türk Bank

Azər Türk Bankın bütün ödəniş kartlarına Milli ÖN vasitəsiylə pul yatırmaq mümkündür.

Bank of Baku

"Bank of Baku"-nun debet kartlarına "Bank of Baku"-nun ödəniş terminallarından və Milli ÖN terminallardan ödəniş etmək mümkündür. Müştəri kodu və təvəllüdünüzü qeyd edib debet kartınızın məbləğini artıra bilərsiniz.

RabitəBank

Kartınız AZN valyutasındadırsa, E=Manat terminalları vasitəsilə mədaxil edə bilərsiniz.

Yapı Kredi Bank Azərbaycan

Pulkartın balansını Yapı Kredi Bank Azərbaycan filiallarına yaxınlaşaraq və Cash-in olan bankomatlarda artıra bilərsiniz. Cash–in ATM–lərin quraşdırıldığı filiallar aşağıdakılardır: Əhmədli, Nərimanov, 28 May, Səbail

AtaBank

karta mədaxil etmək üçün AtaBankın filialına yaxınlaşmaq lazımdır.

AccessBank

Yalnız filiallarımızın qarşısında yerləşən Cash İn ödəniş terminallarından kart hesabınıza vəsait mədaxil etmək mümkündür.

Kapital Bank

Milli ÖN, E-Manat vasitəsi ilə Kapital Banka məxsus kartların balansını artırmaq mümkün deyil. Kartın balansını CASH in tipli ATM və filiallarda yerləşən ödəniş terminalları vasitəsi ilə də artıra bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Unibank

Debet kartlarımıza Unibank-a məxsus ödəmə terminallarında və kassada vəsait yerləşdirə bilərsiniz. Yalnız Albukarta eManat terminallarında nağd, e-pul.az saytında isə onlayn olaraq vəsait yerləşdirmək mümkündür

Bank BTB

Express Pay terminallarından və Onlayn Ödəniş səhifəsindən onlayn olaraq kartların vəsaitini artırmaq mümkündür.

ExpressBank

ExpressPay ödəniş terminalları vasitəsi ilə bütün plastik kart hesabalrını artıra bilərsiniz. Növbəti linkə keçərək ExpressPay ödəniş terminallarının ünvanları ilə yaxından tanış ola bilərsiniz

NBC Bank

Maaş kartları istisna olmaqla bütün milli valyutada olan kartlara E-manat vasitəsi ilə nəğd vəsait yerləşdirmək olar.

Beynəlxalq Bank

ABB təəssüf ki, Milli Ön ilə çalışmır. Siz ABB-nin Cash-in bankomatları və ya filial/şöbəyə yaxınlaşaraq ödəniş terminalları ilə kartınıza vəsait mədaxil edə bilərsiniz. Cash-İn bankomatların siyahısı ilə bu linkə keçid alaraq tanış ola bilərsiniz. 

ASB Bank

Karta mədaxil etmək üçün mütləq filiallarımızdan birinə yaxınlaşmaq lazımdır.

Nikoil Bank

Milli ÖN və ya Easy Pay  terminalları vasitəsi ilə debet kartlara mədaxil etmək mümkündür. 

Bank Respublika 

Kartınızın balansını “MilliÖn” və “eManat” ödəniş terminalları, eyni zamanda  Cash in tipli bankomatlar ilə artıra bilərsiniz.

AG Bank

Əməkhaqqı və təqaüd kartları istisna olmaqla, debet kartlarına Milli ÖN terminalları vasitəsi ilə mədaxil etmək mümkündür. 

Gördüyünüz kimi, bəzən nisbətən kiçik banklar sizə daha operativ xidmət göstərə bilər.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et