Habil Əliyevdən ilhamlanaraq kamança çalmağa başlayan Mark Eliyahu kimdir? | Banco.az

Habil Əliyevdən ilhamlanaraq kamança çalmağa başlayan Mark Eliyahu kimdir?

Musiqi ruhun qidasıdır deyəndə tam dərk edə bilmirdim. Amma Mark Eliyahunu tanıdıqdan sonra qulaqlarım şənləndi, əsəblərim sakitləşdi desəm lap yerinə düşər. Amma təəssüf ki, bu adam haqqında demək olar ki, medyada çox az məlumat vardır. Bu gün qərara aldım ki, onu bizlərə təqdim edim. 

Eliyahu 1982-ci ilin 28 mayında, Azərbaycanın müstəqillik günündə Dağıstanda anadan olub. Əslən İsrailli olan Eliyahunun ailəsində xususilə onun atası Peretz Eliyahunun musiqiyə çox marağı var imiş və bu maraq oğlu Marka dört yaşında olarkən keçir. Ona görə də dört yaşında ailəsi onu skripka kurslarına göndərir. 12-13 yaşına qədər skripkada rahat şəkildə musiqi ifa edə bilir. Lakin 13 yaşından saz adlı musiqi alətinin səsini eşidir, özü deyir ki həmin dövrdə həm skripkada həm də pianoda çala bilirdim.  Amma sazı o qədər xoşlayır ki, öyrənməyə başlayır. Litseydə oxuduğu müddətdə yəni 16 yaşında təhsili yarmçıq qoyaraq sazda ifa etməyi öyrənmək üçün Yunanıstana getməyə qərara alır. 

İrlandiyalı musiqiçi Ross Daly saz haqqında Eliyahuya bütün incəlikləri öyrədir, bildiyi hər şeyi ona başa salır. Təkcə sazı yox, hətta digər türk musiqi alətləri ilə də onu tanış edir.  Lakin burada daha bir türk musiqi aləti olan kamança ilə tanış olur. Özü deyir ki, 

Bir gün yuxudan oyandığımda musiqi çalarda kimsə kamançada ifa edirdi, kim olduğunu soruşduğumda Azərbaycanlı Habil Əliyev dedilər. O qədər gözəl ifa edirdi ki, bütün musiqi alətlərini unudub bunu öyrənmək istəyirdim. Ailəmə tez zəng vurub, mən burada kamança adlı musiqi aləti ilə tanış oldum dedim. Bunu mənə tapın. Atam telefonda dedi ki, mənim babam da kamança ifaçısı imiş, işə bax ki, mənim bundan xəbərim yox idi.

Ən sərfəli kredit üçün müraciət et

17 yaşında Azərbaycana köçən Eliyahu Respublikamızın Əməkdar Artisti, 48 yaşlı Ədalət Vəzirovdan kamança üzrə dərs alır. O gündən etibarən kamaçna ifaçısı olmağa başlayır. Eliyahunun əksər ifaları, əksər albomları hadisələr nəticəsində, yəni özündən asılı olmayaraq yaranıb. Məsələn bir gün atası olan çöldə düşərgə salan Eliyahugil möhkəm bir küləklə qarşılaşarlar və özlərini qorumaq üçün çadırın altına girərlər. Atası başını qaldırdıqda Eliyahu ona bir albom bəstələdiyini deyər və bu albom da onun ən sevimli musiqilərindən ibarət olan Sands albomudur. O deyir ki, musiqi vasitəsi ilə insanları birləşdirmək olar, onların qəlbinə yol tapmaq olar. O fikrini belə izah edir,

Haradan gəlirsiniz gəlin, hansı millətdən olursanız olun musiqinin qəlbə yol tapma adlanan bir gücü var. Bilavasitə musiqi insanları bir-birinə birləşdirər və onlar arasında sevgi yayar. Ona görə də musiqi xaricində heç bir iş görmürəm.

16-17 yaşından səhnələrdə kamança ifa edən Eliyahu indiyə qədər çıxmış 3 albomu var. Hətta o 1999-cu ildə atası tərəfindən yazılmış və idarə olunan the Spirit of the East konsertində iştirak edib. Bu konsertdə Azərbaycanın məşhur muğam ifaçıları Alim Qasımov və onun qızı Fərqanə Qasımova ilə tanış olub. Təxminə 2-3 ay bundan əvvəl Eliyahu Türkiyədə olub və orada konsert verib. 

Onun əksər musiqiləri youtube-da milyonlara çatıb. Fikirləşirəm ki, Mark Eliyahu Habil Əliyevin və Ədalət Vəzirovun bizə mirasıdır :) 

Onun youtube-da burdan izləyə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et