Güzəştli vergi tutulan ölkələrin və ərazilərin yeni siyahısı təsdiq edildi | Banco.az

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin yeni siyahısı təsdiq edildi

“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” yeni redaksiyada təsdiq edilib.

Prezident İlham Əliyevin imzaladığı “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilib.

Antil Adaları (Niderland), Bəhreyn, Kosta-Rika, Qernsi, Men Adaları, Makao (Çin), Nauru, Seyşel Adaları siyahıdan çıxarılıb, Fici adaları, Tayland, Tayvan (ÇXR), Kabo Verde, Trinidad və Tobaqo siyahıya əlavə edilib

 

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı:

1. Andorra 

2. Anqila

3. Antiqua və Barbuda

4. Aruba

5. Baham adaları

6. Barbados

7. Beliz

8. Bermud

9. Britaniya Vircin adaları

10. Cersi

11. Cəbəlüttariq

12. Dominika

13. Fici

14. Honq-Konq (ÇXR)

15. Kabo Verde

16. Kayman adaları

17. Kuk adaları

18. Qrenada

Ən sərfəli kredit üçün müraciət et

19. Liberiya

20. Lixtenşteyn

21. Maldiv adaları

22. Marşal adaları

23. Monako

24. Montserrat

25. Niue

26. Palau

27. Panama

28. Samoa

29. Sent Lusiya

30. Sent Vinsent və Qrenadin

31. Sent-Kits və Nevis

32. Tailand

33. Tayvan (ÇXR)

34. Törks və Kaykos adaları

35. Trinidad və Tobaqo

36. Vanuatu

37. Vircin adaları (ABŞ)

 

Bu siyahı aşağıdakı məqsədlər üçün istifadə olunur:

a) Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində qeyd olunan əlavə 10% ödəmə mənbəyində tutulan verginin tətbiqi; 

b) Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən transfer qiyməti məqsədləri üçün idarə olunan əməliyyatların müəyyən edilməsi;

c) Vergi Məcəlləsinin 128-ci maddəsinə əsasən rezidentin güzəştli vergi tutulan ölkələrdən əldə etdiyi gəlirinin vergiyə cəlb olunması.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç