Gürcüstanın xarici dövlət borcu azalıb, Azərbaycana borcu isə dəyişməz qalıb | Banco.az

Gürcüstanın xarici dövlət borcu azalıb, Azərbaycana borcu isə dəyişməz qalıb

Bu il iyunun 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7,435 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Sənədə əsasən, qonşu ölkənin Azərbaycana olan borcunun həcmi may ayı ilə müqayisədə dəyişməz qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 8, 551 mln. dollar azalaraq 5 367, 140 mln. dollar təşkil edib ki, bu məbləğin də 5 201, 826 mln. dolları hökumətin payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (317, 941 mln. dollar), Fransa (244,062 mln. dollar) və Yaponiya (214, 749 mln. dollar) yer alıb.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 14, 273 mln. dollar, 58, 773 mln. dollar və 8, 305 mln. dollar təşkil edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et