Gürcüstanın turizmdən builki gəliri 2 mlrd. dolları ötüb | Banco.az

Gürcüstanın turizmdən builki gəliri 2 mlrd. dolları ötüb

Bu ilin avqust ayında Gürcüstan turizmdən 396,1 mln. dollar gəlir əldə edib.

Bu barədə Gürcüstan Milli Bankının analitik hesabatında bildirilib.

İyul ayı ilə müqayisədə qonşu ölkənin turizmdən qazancı 21,4 mln dollar və ya 5,7% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin yanvar-avqust aylarında isə Gürcüstanın turizmdən gəliri 2 226,8 mln. dollar təşkil edib. Gəlirin ən böyük hissəsi avqust, ən az hissəsi isə 164,5 mln. dollar olmaqla yanvar ayının payına düşüb.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et