Gürcüstanın Azərbaycana 6,9 milyon dollara yaxın borcu yaranıb | Banco.az

Gürcüstanın Azərbaycana 6,9 milyon dollara yaxın borcu yaranıb

Bu ilin 30 sentyabr tarixinə Gürcüstanın Azərbaycana olan dövlət borcu 6,874 mln. ABŞ dolları təşkil edib. Son bir ayda Gürcüstanın Azərbaycana dövlət borcunun həcmi dəyişməyib. Hesabat dövründə Gürcüstanın ümumi xarici borcu isə 31,892 mln. dollar azalaraq 5.355,7 mln. dollara enib. Bunun 5.151,2 mln. dollarını hökumətin xarici borcları təşkil edib. Cari ilin avqust ayının 31-də isə Gürcüstanın ümumi xarici borcu 5.387,6 mln. dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Sentyabr ayının 30-da Gürcüstan Milli Bankının xarici borcu 204,5 mln. dollara bərabər olub.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et