Gürcüstanda dolların bahalaşması sürətlənib | Banco.az

Gürcüstanda dolların bahalaşması sürətlənib

Gürcüstanda may ayının əvvəlindən etibarən ABŞ dollarının bahalaşması tendensiyası müşahidə olunur.

Gürcüstan Milli Bankının mayın 23-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7756 lari təşkil edir.

Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları Gürcüstanın milli valyutasına qarşı 0,0080 lari bahalaşıb. May ayının 1-dən bu günə qədər lari dollara qarşı 0,0727 lari ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Larinin dəyərdən düşməsini şərh edən Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze bunu bazar oyunçularının gözləntiləri ilə əlaqələndirib. O qeyd edib ki, larinin dollara münasibətdə ucuzlaşmasının makroiqtisadi səbəbləri mövcud deyil. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et